RUSİYA: “ABŞ-ın Cənubi Kiprdə yeni hərbi bazalar qurmaq planından xəbərdarıq”

  • 2018-12-06 18:00:46
  • |
  • Dünya /

RUSİYA: “ABŞ-ın Cənubi Kiprdə yeni hərbi bazalar qurmaq planından xəbərdarıq”

Hurriyyet.org xəbər verir ki, Rusiya XİN-in mətbuat katibi Mariya Zaxarova Kipr adasının yunanlar yaşayan hissəsində ABŞ-ın hərbi varlığını artıqmaq planının qarşısını almağa çağırıb və əks təqdirdə Rusiyanın cavab tədbirləri görəcəyini bildirib.

Zaxarova ABŞ-ın Cənubi Kipr Yunan Respublikasındakı hərbi varlığını artırmasının və adanın ABŞ ilə NATO-nin Aralıq dənizinin şərqi və Yaxın Şərq ilə bağlı planlarına daxil edilməsinin adadakı sabitliyə zərər vuracağını və Rusiyanın bu barədə yunanlara xəbərdarlıq elədiyini də söyləyib.

Cənubi Kipr hökumətinin mətbuat katibi Prodromos Prodromu, Zaxarovanın açıqlaması ilə bağlı sualın cavabında hökumətin adadakı hərbi varlığı artırmaq məqsədi güdmədiyini söyləyərək deyib: “Kiprin silahlandırılmasını planlaşdırmırıq”.

Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

QALEREYA