Rusiya aviaşirkətinin rəhbəri təyyarə qəzasında həlak oldu - VİDEO

  • 2019-04-01 10:55:19
  • |
  • Dünya /

Rusiya aviaşirkətinin rəhbəri təyyarə qəzasında həlak oldu - VİDEO

Rusiyanın S7 aviaşirkətinin rəhbəri Natalya Filyova Almaniyada baş verən təyyarə qəzasında həlak olub.

Hurriyyet.org virtualaz.org-a istinadən bildirir ki, hadisə Frankfurtda baş verib. Yüngül mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində bir neçə nəfər həlak olub. Ölənlərdən biri heyət üzvü, digərləri sərnişinlərdir. Onlardan üçü Rusiya vətəndaşlarıdır. Ölənlər arasında Natalya Filyovanın atası da var.

Hadisənin başvermə səbəbləri hələlik məlum deyil.

N.Fileva 2018-ci ildə “Forbes” jurnalının tərtib etdiyi Rusiyanın ən zəngin qadınları siyahısında 4-cü yeri tutub. Onun var-dövləti 600 milyon dollar məbləğində qiymətləndirilir.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA