Rusiya bayrağını tapdalamış adamı Ermənistanda qubernator təyin etdilər

  • 2019-05-13 14:38:50
  • |
  • Region /

Rusiya bayrağını tapdalamış adamı Ermənistanda qubernator təyin etdilər

“İşıqlı Ermənistan” parlament fraksiyasının başçısı Edmin Marukyan hakimiyyətdən bir neçə il əvvəl hamının gözü qarşısında Rusiya bayrağını tapdalamış adamın ölkənin vilayətlərindən birinə qubernator təyin edilməsinin izah olunmasını tələb edib.

Hurriyyet.org virtualaz.org-a istinadən xəbər verir ki, daha öncə bir sıra yerli KİV-lər hazırda Araqatsotn vilayətinin qubernatoru olan David Gevorgyanın dörd il əvvəl RF səfirliyinin qarşısında keçirilmiş etiraz aksiyasında yerə atılmış Rusiya bayrağını tapdalaması barədə yazmışdılar.

Bu gün Marukyan özünün “Facebook” səhifəsində yazıb: “Bu günlərdə KİV-lərdə yayılmış məlumatlara əsasən, Araqatsotn vilayətinin qubernatoru Rusiya bayrağının yandırılmasına cəhd edilmiş aksiyada iştirak edib, lakin polis əməkdaşları buna imkan verməyiblər və indiki qubernator RF bayrağını tapdalayıb. Düşünürəm ki, hər hansı ölkəyə qarşı çıxış edən, onun bayrağını yandırmaqla və təhqir etməklə öz mövqeyini bildirən vətəndaşlar ola bilər. Lakin mən heç cür anlaya bilmirəm ki, belə bir adam Ermənistanda yüksək vəzifəyə, məhz qubernator vəzifəsinə necə təyin oluna bilər. Ələlxüsus da, hakimiyyətin Rusiya ilə gözəl münasibətlər qurmaq üzərində işlədiyi bir vaxtda”.

Onun sözlərinə görə, bir tərəfdən, Ermənistanda Rusiyanın Su-30 təyyarələrini gözləyirlər, strateji tərəfdaşlıq haqqında bəyanatlar verilir, Rusiyada Ermənistanın sürücülük vəsiqələrinin tanınması barədə danışıqlar gedir, digər tərəfdən isə bu cür adamı yüksək vəzifəyə təyin edirlər.

“Maraqlıdır, hökumət Araqatsotn vilayətinin qubernatorunun siyasi baxışlarından xəbərdar idimi? Onlar RF ilə gözəl münasibətləri bu cür qubernatorun mövcudluğu ilə necə bir araya gətirməyə ümid edirlər? Sualım ritorik deyil, tərəfdaşlarımdan cavab gözləyirəm”, - Marukyan deyib.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA