RUSİYA BAZASI İFŞA OLDU - Havadan belə göründü

RUSİYA BAZASI İFŞA OLDU - Havadan belə göründü

Hurriyyet.org xəbər verir ki, daxili müharibə içərisində olan Suriyada, Masyaf məntəqəsi yaxınlığında yerləşən bazada radarlar və silahlar yerləşir.

İsrail, bir daha Dəməşq yaxınlarına raketlər atıb. Şahidlər gecəyarısı üç partlayış səsi eşitdikərini və bundan sonra göy üzərində dumanlar yüksəldiyini bildirirlər.

Suriyada Rusiyanın ölkədə qurduğu havadan müdafiə bazasının peykdən çəkdiyi mənzərələr dünya mətbuatına yayılıb. Aralıq dənizi sahilindəki Tartus ilə Hama arasındakı Masyafdakı bazada radarlar və silahlar yerləşdirilib.

Rusiya prezidenti Vladimir Putin dünən axşam verdiyi açıqlamada deyib: “Suriyanın demək olar ki, bütün bölgələri terrorçulardan təmizlənib”.

Həftəsonu İranın paytaxt Dəməşq yaxınlarında qurduğu hərbi bazanı raketlərlə vuran İsrail gecə saatlarında yenə raket atıb.

İsrail daxili müharibənin başlanmasından bəri, Livan hava sahəsindən olmaqla Suriya torpaqlarına bir çox hücumlar olub. Suriyada hal-hazırda müxalifətçilər İdlib vilayətinin hamısını, Humsun yaxınlarını, cənubdakı Deraa və Dəməşqdəki Şərqi Qutada nəzarəti əllərində saxlayırlar.

YPG-Rusiya mətbuat konfransı

Şimalda isə PKK terror təşkilatının Suriyadakı qolu YPG üzvləri yerləşiblər. ABŞ-ın dəstəyi ilə Suriyanın təqribən dörddə birində nəzarəti ələ alan YPG üzvləri sonra Rusiya generalı Aleks Kim ilə birgə mətbuat konfransı keçiriblər. Rusiya ordusu YPG üzvləri ilə İŞİD-dən sonra atacaqları addımları müzakirə ediblər.

Türkiyə, Rusiya və İranın liderliyində əvvəlcə atəşkəs bölgələri elan edilib, sonra da ayrı-ayrı bölgələrdə razılaşmalar əldə edilib.

Hurriyyet.org

  • Hamısı
  • Loading...

    QALEREYA