Rusiya Britaniya sahillərində yeni silahı sınaqdan keçirdi - Ürəkbulanma, korluq, qallusinasiya yaradır...

Rusiya Britaniya sahillərində yeni silahı sınaqdan keçirdi - Ürəkbulanma, korluq, qallusinasiya yaradır...

Ötən gün martın 10-da Rusiya Hərbi Dəniz Qüvvələrinin “Admiral Qorşkov” freqatı Şotlandiyanın Hərbi Hav Qüvvələrinin yeganə bazasının yaxınlığında yeni silahı sınaqdan keçirib.

Hurriyyet.org virtualaz.org-a istinadən xəbər verir ki, bu silah insanlarda ürəkbulanma, korluq və qallusinasiya yaradır.

“5P-42 Filin” vizual-optik siqnal qarışdırma stansiyası ilə təchiz edilmiş gəmini izləmək üçün Böyük Britaniya donanması öz hərbi gəmisini və üç köməkçi gəmini göndərib.

“5P-42 Filin” kompleksi yüksək intensivlikli işıq şüalarının köməyi ilə rəqibi kor edir və çaşdırır. Habelə ürəkbulanmasına, baş gicəllənməsinə səbəb olur. Silahı sutkanın gecə saatlarında da istifadə etmək olar. Onun təsir dairəsi 2 kilometrdir.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA