Rusiya bu gün də işğalçının yanındadır - ELDAR SABİROĞLU

Rusiya bu gün də işğalçının yanındadır - ELDAR SABİROĞLU

Kremlin hazırkı siyasəti Birinci Pyotrun vəsiyyətini xatırladır…

Rusiyanın bir qrup siyasət adamının və Duma üzvlərinin iştirakı ilə İrəvanda keçirilən toplantıdan yəqin ki, xəbəri olmayan yoxdur.

Bakının "İsgəndər" raketləri ilə bombardman edilməsindən tutmuş, Azərbaycana qarşı müharibədə ən iyrənc mübarizə metodlarının tətbiqinə dair aparılan müzakirələr göstərdi ki, Rusiya bu gün də işğalçının yanındadır və heç bir halda bu məkrli siyasətindən imtina etməyi düşünmür.

Paşinyana münasibət və digər məsələlər də daxil, hamısı bir oyundur. Kremldəki gizli əllərdən xəbərsiz bu cür geniştərkibli tədbirin təşkilini təsəvvürə gətirmək çətindir. Nümayəndə heyətinin tərkibinə diqqətlə baxsaq, Rusiyanın hakim dairələrinə birbaşa bağlılığı olan tanınmış siyasi ekspertlərin məlum toplantıda təmsil edildiyini görə bilərik.

Azərbaycan-Ermənistan qarşıdurmasının 30 illik tarixində belə aşkar formatda hansısa tədbirin keçirildiyini yad etmirəm. Rusiya heç tükünü də tərpətmədi. Dünya da susdu.

Minsk Qrupu haqda isə danışmağa ümumiyyətlə lüzum görmürəm. Bir anlığa təsəvvür edək ki, Ermənistana qarşı Bakıda oxşar belə bir tədbir təşkil olunur və burada Türkiyədən təşrif buyuran müstəqil siyasətçi İrəvanın bombalanması barədə çıxış edir. Həmən Yer kürəsi bir-birinə dəyərdi. Dörd yandan Azərbaycanın üzərinə tökülüşərdilər. Bu da dünyanın ədaləti! Gözünə girsin belə ədalət!!!

Rusiyanın hazırkı siyasəti Birinci Pyotrun vəsiyyətini xatırladır. O, ruslara vəsiyyətində bildirir ki, “Hindistandan Avropaya qədər sərhədlərimiz genişləndirilməlidir. İstanbul Rusiyanın paytaxtı olmalıdır. Azərbaycandan müsəlmanları təmizləyib, bu torpaqlara erməniləri və digər millətləri yerləşdirməliyik. Müsəlmanlarda nifaq yaratmaq üçün sünni-şiə məzhəbləri arasında ixtilafa xüsusi diqqət göstərilməlidir. Müsəlmanı özünü dərk etməyə buraxsaq, bizim üçün təhlükəyə çevrilər”.

Zaman-zaman, indinin özündə də Rusiyanın apardığı militarist siyasət Pyotrun vəsiyyətindən kənara çıxmır və çıxacağına da ümüd bəsləmək olmaz.

Eldar SABİROĞLU

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

QALEREYA