Rusiya bu ölkələrə NÜVƏ ZƏRBƏSİ ENDİRƏCƏK: müharibə hazırlığının bütün detalları açıldı

  • 2019-07-17 10:12:10
  • |
  • Dünya /

Rusiya bu ölkələrə NÜVƏ ZƏRBƏSİ ENDİRƏCƏK: müharibə hazırlığının bütün detalları açıldı

NATO-nun baş katibinin keçmiş köməkçisi, təqaüddə olan general Henrix Braus və Kiel Universitetinin Təhlükəsizlik Siyasəti İnstitutunun direktoru Hoaxim Kraus Rusiyanın qadağan olunmuş raketlərlə silahlanmaqda davam etdiyini və Avropada müharibəyə hazırlaşdığını iddia edib.

Hurriyyet.org publika.az-a istinadən xəbər verir ki, bu haqda Almaniyanın “Die Welt” qəzeti yazıb.

Ekspertlər hesab edir ki, Rusiyanın addımları NATO-nu hərəkətə keçməyə məcbur edir. Krause görə, Avropa iqlim dəyişikliyi və miqrasiya böhranı ilə mübarizə apardığı bir vaxtda, Rusiya əsaslı bir səbəb olmadan nüvə silahlarının istifadəsi təhdidinin də yer aldığı regional müharibələrə hazırlaşır.

Brausun sözlərinə görə, Rusiya dünya düzənini məhv etməyə və NATO-nun birliyini pozmağa çalışır, amma NATO ilə münaqişədə qalib çıxa bilməyəcəyini bildiyindən nüvə təhdidi ilə dəstəklənən “gözlənilməyən zərbə” vuracaq. O, Rusiyanın zərbə endirə biləcəyi bölgələr arasında isə Qara dəniz regionu, Baltikyanı ölkələri, Polşa və Ukraynanın adını çəkib.

Bununla yanaşı, hər iki ekspert coğrafi mövqeyi ilə əlaqədar olaraq Almaniyanın belə bir münaqişədə əsas rol oynayacağını proqnozlaşdırıb. Onlar Almaniya rəhbərliyini ordunu dərhal NATO-nu çətin vəzifənin öhdəsindən gəlmək üçün hazırlamağa çağırıb.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA