Rusiya da “Boeing 737 MAX”dan İMTİNA ETDİ

Rusiya da “Boeing 737 MAX”dan İMTİNA ETDİ

Bir sıra ölkələrin ardınca Rusiya da 8-ci və 9-cu nəsil “Boeing 737 MAX” modifikasiyalı təyyarələrin uçuşunu qadağan edib.

Hurriyyet.org teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə “Rosaviasiya”nın rəhbəri Aleksandr Neradko jurnalistlərə bildirib.

Onun sözlərinə görə, hava rabitəsi vasitəsilə Rusiyanın hava məkanında bu təyyarələrin uçuşuna qadağa qoyduğu nota şəklində dünya ölkələrinin müvafiq qurumlarına çatdırılıb.

Qadağa qeyri-müəyyən müddətədək qoyulub. Onun aradan qaldırılması ABŞ Federal Aviasiya Administrasiyasının və “Boeing” kompaniyasının özünün analizlərinin nəticələrindən sonra mümkün ola bilər.

Qeyd edək ki, martın 10-da Efiopiya səmasında “Boeing 737 MAX 8” təyyarəsinin qəzaya uğramasından sonra dünyanın bir çox ölkələri bu təyyarələrin uşusuna qadağa qoyub.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

51-ci buraxılış
QALEREYA