RUSİYA: “Güc tətbiq etməyə hazırlaşdıqları barəsində məlumatımız var”

  • 2018-12-05 14:56:27
  • |
  • Dünya /

RUSİYA: “Güc tətbiq etməyə hazırlaşdıqları barəsində məlumatımız var”

Hurriyyet.org xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinn mətbuat katibi Mariya Zaxarova Kiyevin Donbasa hərbi qüvvələr göndərdiyi, Ukrayna ordusunun döyüşlərə hazır olduğu ilə bağlı məlumat aldıqlarını söyləyərək deyib: “Son günlərdə Ukrayna ordusunun Donbasda güc tətbiq eləmək ehtimalı ilə bağlı fəal şəkildə hazırlığa başlaması ilə bağlı aldığımız məlumatlar artmaqdadır. Belə görünür ki, Kiyev beynəlxalq ictimaiyyətin diqqətini Kerç boğazındakı təxribata çəkdiyi bir vaxtda, pərdə arxasında bölgəyə hücum qüvvələri göndərir. Bu qüvvələr daha sonra təmas xəttinə yayılır. Hərbi vəziyyət elan edilməsi Ukrayna prezidenti Pyotr Poroşenkonun Donbasda yeni bir təxribat hazırlığı niyyətini gizlətmək məqsədi güdür”.

Hurriyyet.org

Loading...

QALEREYA