Rusiya hərbçilərinə atəş açdılar! - Qara dənizdə slavyanlar arasında müharibə məşqi

Rusiya hərbçilərinə atəş açdılar! - Qara dənizdə slavyanlar arasında müharibə məşqi

Hurriyyet.org xəbər verir ki, Ukrayna Donanmasının Azov dənizində həyata keçirdiyi təlim zamanı ukraynalı hərbçilər onlara yaxınlaşan 3 Rusiya gəmisinə doğru atəş açıblar.

Ukrayna Donanması Azov dənizində “Korvet” tipli yüngül zirehli hərbi gəmilərlə təlim keçirib. Təlim zamanı ssenari üzrə Kerç boğazına doğru irəliləyən hərbi gəmilərə 3 Rusiya gəmisi yaxınlaşıb. Ukrayna hərbçiləri isə onlara qarşı təhdid yaradan Rusiya gəmislərinə doğru əl bombaları atıblar. Bombalar atılan kimi oradan uzaqlaşan Rusiya zirehlilərinə bu səfər ukraynalı snayperlər atəş açıblar.

Poroşenko: “Kerç boğazına yenə daxil olacağıq”

Ukraynanın Müdafiə Nazirliyi tərəfindən keçirilən təlim Ukrayna prezidenti Pyotr Poroşenkonun ötən günlərdə verdiyi açıqlamalardan dərhal sonra başlayıb. Bir müddət əvvəl Kerç boğazına daxil olan Ukrayna gəmilərinə qarşı Rusiya gəmiləri əməliyyat keçirmiş və çox sayda Ukrayna hərbçisi Krıma aparılaraq həbs edilmişdi. Poroşenko isə Qara dənizin sularını bulandıran bu hadisədən sonra Kerç boğazında Ukraynanın da haqqı olduğunu vurğulayıb, Kerçdən vaz keçməyəcəklərini söyləyərək, Ukrayna hərbçilərinin yenə də bu boğaza daxil olacaqlarını bildirmişdi.

Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA