Rusiya hökuməti dövriyyəyə yeni avrobondlar buraxıb

Rusiya hökuməti dövriyyəyə yeni avrobondlar buraxıb

Rusiyanın Maliyyə Nazirliyi 4 mlrd. ABŞ dolları məbləğində 2 partiya yeni avrobond yerləşdirib.

Hurriyyet.org “Report”a istinadən xəbər verir ki, 1-ci partiya avrobondlar 11 il müddətində dövriyyədə olacaq. Onların gəlirliliyi 4,625%, ümumi dəyəri 1,5 mlrd. dollar, satış qiyməti isə nominal dəyərinin 97,863%-i qədərdir.

2-ci partiya avrobondlar isə 29 il müddətinə buraxılıb. Onların gəlirliliyi 5,25%, ümumi məbləği isə 2,5 mlrd. dollar, satış qiyməti isə nominal dəyərinin 99,9915%-i qədərdir.

Avrobondların yerləşdirilməsindən əldə olunacaq vəsait hesabına Rusiyanın tədavül müddəti 2030-cu ildə başa çatmalı olan və bir qədər yüksək gəlirliliklə buraxılmış istiqrazlarının geri alınmasına sərf olunacaq. Bunun üçün 3,2 mlrd. dollar lazımdır.

Loading...

QALEREYA