Rusiya İdlibi vurmağa davam edir – DİNC VƏTƏNDAŞLAR HƏLAK OLUR

  • 2019-09-11 13:32:34
  • |
  • Dünya /

Rusiya İdlibi vurmağa davam edir – DİNC VƏTƏNDAŞLAR HƏLAK OLUR

Hurriyyet.org xəbər ki, Suriyada Bəşər Əsəd hökumətini dəstəkləyən Rusiya 12 günlük fasilədən sonra İdlibdəki dinc yaşayış məntəqələrinə hava hücumu edib. Hücum nəticəsində bir nəfər dinc vətəndaş həlak olub.

Rus təyyarləri İdlibin şimalındakı Derkuş rayonundakı Dahır və Kefer Mares kəndlərini vurub.

İdlibin Mülki Müdafiə - Ağ Beretlilər təşkilatı hücum nəticəsində bir nəfər dinc sakinin həlak olduğunu bildirib.

Türkiyə ilə Rusiya arasında 17 sentyabr 2018-ci ildə razılıq imzalanmasından indiyə qədər İdlibin Gərginliyi Azaltma bölgəsində hökumət qüvvələri ilə Rusiya qüvvələrinin hücumları nəticəsində 219 nəfəri qadın, 341 nəfəri uşaq olmaqla, 1 282 nəfər dinc sakin həlak olub.

Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA