Rusiya idmanı üçün fəlakət: WADA ən az 300 rusiyalını cəzalandıracaq

  • 2019-07-06 13:08:48
  • |
  • İdman /

Rusiya idmanı üçün fəlakət: WADA ən az 300 rusiyalını cəzalandıracaq

Ümumdünya Antidopinq agentliyi WADA Rusiyanın 43 idmançısına qarşı iş açdığını açıqlayıb.

Maraqlıdır ki, onlar haqqında bütün məlumatları Moskvada yerləşən antidopinq laboratoriyası ötürüb.

Lakin rusların problemi bununla da bitməyəcək. Belə ki, agentlik öz rəsmi saytında Moskvadakı yoxlamalara söykənərək daha 298 idmançıda şübhəli test nəticələrinin aşkar olunduğunu bildirib.

Ümumiyyytlə, şübhəlilərin sayının ikiqat, yəni 578 şəxs olduğu bildirilir. Onlar haqqında qərar bu ilin sonunda veriləcək.
Rusiya idmanı üçün odluqca fəlakətli nəticələrə səbəb ola biləcək bu xəbərə rəsmi məqamlardan da reaksiya gəlib. Ölkənin idman naziri ictimaiyyəti hələlik öncədən həyəcanlanmamağa çağırıb. Onun sözlərinə görə, Rusiya WADA ilə əməkdaşlığın bütün şərtlərinə riayət edir.

Rusiya mediası isə ölkə idmançılarının yenidən olimpiadalarda iştirakı üçün Beynəlxalq Olimpiya Komitəsi tərəfindən qoyulan şərtləri xatırladıb. Buna görə Rusiya antidopinq agentliyi RUSADA Moskva antidopinq laboratoriyasının əlində olan bütün məlumatları qeyd-şərtsiz beynəlxalq qurumla paylaşmalıdır.

Bilindiyi kimi, ötən ilin sentabrın 20-də WADA RUSADA-nı yenidən antidopinq strukturu kimi tanıyıb. Bu isə Qərb idmançıları, habelə jurnalistlərin, idman funksionerləinin qəzəbinə səbəb olub.

Sövdələşmə nəticəsində WADA bütün laboratoriya nəticələrini incələmək imkanı qazanıb.

Hələ ki rusiyalı ekspertlər məsələyə təmkinli yanaşırlar. Onlar yeni sanksiyaların Milli Olimpiya Komitəsinə deyil, fərdi, yəni idmançıların özlərinə tətbiq olunacağından əminliklərini ifadə edirlər /konkret.az/

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz