Rusiya ilə İran arasında SİLAHLI TOQQUŞMA! - Ölənlər və yaralananlar var

  • 2019-04-19 17:55:31
  • |
  • Dünya /

Rusiya ilə İran arasında SİLAHLI TOQQUŞMA! - Ölənlər və yaralananlar var

Hurriyyet.org xəbər verir ki, Suriyanın Deyr-əz-Zor və Hələb rayonlarında Rusiya ilə İran qüvvələri arasında silahlı toqquşma olduğu xəbəri yayılıb. Baş verən hadisə zamanı 2 nəfər İran hərbçisinin həlak olduğu, 4 rus hərbçisinin isə yaralandığı bildirilir.

Yerli mənbələrin verdiyi məlumata görə, döyüş Suriyanın Deyr əz Zor vilayətinin Mayadin rayonunda yerləşmiş rus hərbi polisləri ilə İranın İnqilab Keşikçiləri arasında baş verib.

İran və Rusiya hələlik baş verən hadisə ilə bağlı rəsmi açıqlama verməyiblər.

Mənbələr Hələbin şərqində İranın dəstəklədiyi qüvvələrin sıx olduqları Hələb hava limanının da yaxınlığında dünən ruslarla İranın dəstəklədiyi qruplar arasında silahlı toqquşmaların olduğunu qeyd ediblər.

Bu ilin yanvar ayında Suriyanın Hama rayonunda Suriya hökumətini dəstəkləyən “Pələng qüvvələrinin 5-ci birliyi” ilə Bəşər Əsədin qardaşı Mahir Əsədin komandanlıq elədiyi “4-cü firqə” arasında şiddətli döyüşlər olmuşdu.

Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA