Rusiya “Krım körpüsü”nü açdı, Putin "KamAZ" sürdü - VİDEO

  • 2018-05-15 17:25:29
  • |
  • Region /

Rusiya “Krım körpüsü”nü açdı, Putin "KamAZ" sürdü - VİDEO

Rusiya prezidenti Vladimir Putin bu gün Rusiyanın materik hissəsini Krım yarımadası ilə birləşdirən “Krım körpüsü”nün təntənəli açılış mərasimində iştirak edib.

Hurriyyet.org virtualaz.org-a istinadən xəbər verir ki, dövlət başçısı "KamAZ" markalı yük avtomobilinin sükanı arxasına keçərək, körpü ilə ilk hərəkət edən maşını idarə edib.

Körpünün uzunluğu 19 kilometrdir. Onunla paralel dəmiryolu körpüsü də tikilməkdədir. Avtomobil körpüsünün tikintisinə 2016-cı ildə başlanıb. Körpüdə yol verilən sürət həddi saatda 120 kilometrdir.

Kremlin mətbuat katibi Dmitri Peskov bildirib ki, “Krım körpüsü” Putinin ən iddialı layihələri belə həyata keçirmək bacarığının sübutudur.

Loading...

QALEREYA