Rusiya qlobal interneti “söndürməyi” məşq edəcək - Kreml özünün milli resurslarından istifadə etməyə hazırlaşır

  • 2019-02-12 10:02:38
  • |
  • Region /

Rusiya qlobal interneti “söndürməyi” məşq edəcək - Kreml özünün milli resurslarından istifadə etməyə hazırlaşır

Rusiya yaxın həftələrdə ölkəni müvəqqəti olaraq qlobal internetdən ayırmağı sınaqdan çıxaracaq. Moskva bildirir ki, bu tədbir ölkənin kiberhücumlardan müdafiəsini yoxlamaq üçündür.

Rusiya mediası fevralın 11-də xəbər verib ki, ölkənin xarici kiberaləmlə bütün kanallarını kəsəcək bu sınaq aprelin 1-dən əvvəl həyata keçiriləcək. Lakin dəqiq tarix hələ müəyyənləşdirilməyib.

Dekabrın 14-də Dövlət Dumasına təqdim olunmuş qanun layihəsində xaricdəki serverlərlə əlaqənin olmadığı təqdirdə “internetin Rusiya seqmentinin muxtar fəaliyyətinin təmin olunmasının zəruriliyi” qeyd edilir.

Əgər qəbul olunarsa, bu qanun Runet kimi tanınan yerli internetin Rusiyanın dövlət telekommunikasiya tənzimləyicisi Roskomnadzorun nəzarətində olan mübadilə qovşaqlarından keçməsini tələb edəcək.

Qanun layihəsinə əlavə edilmiş sənəddə bildirilir ki, Rusiya, Kommunikasiyalar haqqında qanuna bu dəyişiklikləri 2018-ci ildə ABŞ-da qəbul edilmiş “milli kibertəhlükəsizlik strategiyasının” aqressiv təbiətinə görə etməyə məcburdur. Sənəddə deyilir ki, bu strategiyada Rusiya birbaşa və heç bir dəlil gətirilmədən kiberhücumlarda ittiham olunur.

Qanun qüvvəyə mindikdən sonra sistem Rusiyanı kibermüharibə təqdirində müdafiə edəcək, habelə ölkəyə gələn internet kanallarını filtrləyəcək. Qanun layihəsinə görə internetin Rusiya seqmetində məlumat axını mənbələrinin müəyyənləşdirilməsi məqsəsdilə “xüsusi texniki qurğular” yerləşdiriləcək.

Lazım gələrsə, bu “texniki qurğulardan” internet resurslarındakı qadağan olunmuş informasiyanı məhdudlaşdırmaq üçün istifadə olunacaq. Rusiya habelə özünün milli domen sistemini (DNS) yaradacaq ki, bu da məlumatların internetə hansı kompüterlərdən daxil olmasını aşkara çıxara biləcək.

Interfax” agentliyi xəbər verir ki, Runetin fəaliyyətilə bağlı məsələ Dövlət Dumasının fevralın 12-də keçiriləcək sessiyasının gündəliyinə daxil edilib. Ötən ilin martyında Putinin ovaxtkı internet müşaviri German Klimenko demişdi ki, Rusiya internetin özünə aid seqmentini Qərb ölkələri onun bütün çıxışlarını kəsmədən hazırlamalıdır.

Rusiya son illərdə xüsusilə də “Facebook” və “Twitter” kimi sosial media platformalarından istifadə etməklə Qərbdə keçirilən seçkilərə müdaxilədə və ixtilaf yaratmaq cəhdlərində ittiham olunur./"Azadlıq" radiosu/

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA