Rusiya S-400-lərini işə saldı - “Düşmənin” raket hücumu uğurla dəf edildi

Rusiya S-400-lərini işə saldı - “Düşmənin” raket hücumu uğurla dəf edildi

Hurriyyet.org xəbər verir ki, Rusiya Federasiyası S-400 raket sistemləri ilə təlim keçdiyini bildirib.

Rusiya Qara dəniz sahilində həyata keçirdiyi təlimdə S-400 hava hücumundan müdafiə raketlərinin uğurla sınaqdan keçirildiyini bildirib.

Cənub Hərbi Dairəsi S-400 raket kompleksinin Qara dəniz sahilindəki təlimlər zamanı raket hücumunu geri qaytardığını bildirib. Cənub Hərbi Dairəsi mətbuat xidmətinin verdiyi açıqlamada deyilir: “Planlı təlimlər zamanı Krasnodar diyarında olan Cənub Hərbi Dairəsinin hava hücumundan müdafiə birliklərinin hərbçiləri “düşmənin” raket hücumu uğurla dəf etdilər”.

Cənub Hərbi Dairəsinin mətbuat xidməti təlimlərdə 30-dan artıq hərbi texnikadan və 100 hərbçinin iştirak elədiyini bildirib.

Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA