Rusiya Sudanın yeni hökumətini tanıdı

  • 2019-04-16 17:32:20
  • |
  • Dünya /

Rusiya Sudanın yeni hökumətini tanıdı

Rəsmi Moskva Sudanın yeni hökumətini tanıdığını elan edib.

Hurriyyet.org-un "Qafqazinfo”ya istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya prezidentinin Yaxın Şərq və Afrika üzrə xüsusi nümayəndəsi, XİN rəhbərinin müavini Mixail Boqdanov bildirib.

Xatırladaq ki, 4 aydır Sudanda davam edən kütləvi nümayişlərdən sonra aprelin 11-də hərbi çevriliş olub. 30 ildir hakimiyyətdə olan prezident Ömər əl-Bəşiri istefa verib.

Prezidentin taleyi bugünə qədər naməlum qalıb. Onun ev həbsinə məhkum edildiyi haqda məlumat yayılıb. Bundan başqa, prezidentin 100-ə yaxın adamı həbs olunub.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA