Rusiya Suriya limanına sahibləndi – 49 İLLİK MÜQAVİLƏ

  • 2019-06-13 12:24:17
  • |
  • Dünya /

Rusiya Suriya limanına sahibləndi – 49 İLLİK MÜQAVİLƏ

Hurriyyet.org xəbər verir ki, Suriya hökumətinin parlamenti ölkənin Tratus limanın 49 illik müddətə Rusiyaya icarəyə verilməsini nəzərdə tutan qanun layihəsini qəbul edib. Məlumatı Suriya dövlətinin rəsmi SANA informasiya agentliyi yayıb.

Suriyanın nəqliyyat naziri Əli Hammud aprelin 29-da rəsmi “Əs Suriya” televiziya kanalına açıqlamasında Tartus limanının 49 illiyə Rusiyaya veriləcəyini bildirmişdi. O demişdi: “Rusiya tərəfi ilə limanın idarəsi və istifadəsi məsələsində razılaşma əldə elədik. Rusların bu limanı işlətməsi yeni investisiyaları artıracaqdır. Liman genişləndiriləcəkdir. Bu, mühüm strateji razılaşmadır. Ona görə də, uzunmüddətli olması normaldır”.

Aralıq dənizinin şərqindəki Tartus Limanının illik dövriyyəsi 16 milyon ton həcmindədir. Suriyanın ən geniş limanında Rusiyanın dəniz bazası yerləşib.

Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA