Rusiya təyyarəsi bu salfet parçasına görə Bakıya təcili enmişdi... - FOTO

Rusiya təyyarəsi bu salfet parçasına görə Bakıya təcili enmişdi... - FOTO

Xəbər verdiyimiz kimi, dünən Bakı vaxtı ilə saat 14:56-da Rusiyanın “Ural Hava Yolları” aviaşirkətinə məxsus, Bəhreyndən Moskvanın “Domodedovo” hava limanına uçan “Airbus A321” sərnişin təyyarəsi Heydər Əliyev Hava Limanında təcili eniş edib.

O da bildirilirdi ki, enişə səbəb təyyarənin tualetində tapılmış və üzərində hava gəmisində bomba olduğu yazılmış kağız parçası olub.

Hurriyyet.org virtualaz.org-a istinadən xəbər verir ki, sərnişinlərdən biri tualetdə üzərində “Təyyarədə pilota bomba var” yazılmış salfet parçası aşkarlayıb. Bu barədə təcili olaraq pilotlara məlumat çatdırılıb və onlar, öz növbəsində, ən yaxın hava limanında təcili eniş barədə qərar veriblər.

Təyyarədə 225 nəfər olub, heç kim xəsarət almayıb.

Mənbə qeyd edir ki, enişdən sonra bütün sərnişinlər hava limanının yaxınlığında yerləşən beşulduzlu oteldə yerləşdiriliblər.

Axtarışlar nəticəsində təyyarədə heç bir kənar əşya aşkar olunmayıb. Buna baxmayaraq, təyyarənin Bakıda “gecələməsi” barədə qərar qəbul olunub.

Bu gün səhər saat 10:00-da təyyarə yolunu davam etdirərək, Moskvaya uçub.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA