Rusiya Türkiyənin aparacağı əməliyyatdan əvvəl YPG-ni MÜDAFİƏ EDƏN AÇIQLAMA VERDİ

  • 2019-01-11 17:32:41
  • |
  • Dünya /

Rusiya Türkiyənin aparacağı əməliyyatdan əvvəl YPG-ni MÜDAFİƏ EDƏN AÇIQLAMA VERDİ

Hurriyyet.org xəbər verir ki, Rusiyanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova Türkiyənin Suriyadakı terror təşkilatlarına qarşı aparacağı əməliyyatdan əvvəl verdiyi açıqlamada deyib: “Dəməşq hökuməti ilə YPG terror təşkilatı arasında dialoq qurulması mühümdür”. O, ABŞ-ın Suriyadan tərk eləməyi qərar aldığı bir dövrdə Dəməşq hökuməti ilə YPG arasında dialoq qurulmasının xüsusi əhəmiyyət daşıdığını söyləyib. Həftəlik mətbuat konfransında çıxış edən Zaxarova deyib: “2018-ci ilin dekabrın axırında ABŞ prezidenti Donald Tramp Suriyanı tərk edəcəklərini bildirib. Bu baxımdan, YPG-nin Suriya höküməti ilə dialoq qurması xüsusi əhəmiyyətə malikdir. Çünki dəfələrlə təkrarladığınız kimi YPG, Suriya əhalisinin mühüm bir parçasıdır və kürdlərin olduğu bölgələrin yenidən Suriya hökumətinin nəzarətinə daxil olması, Suriyanın qonşularına qarşı təhlükə risklərini ortadan qaldıracaq”.

ABŞ-ın Suriyadan çıxmaq qərarını düzgün hesab elədiklərini bildirən Zaxarova ABŞ hərbçilərinin nəzarətinin Suriya hökumətinə verilməsinin lazım olduğunu vurğulayıb.

Zaxarova Rusiya ilə Türkiyə arasında 2018-ci il sentyabrın 17-də əldə edilmiş, İdlibdə silahsız bölgə qurulması razılaşmasına əməl edildiyini də bildirib.

Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA