Rusiyada azərbaycanlı bayker yol qəzasında öldü - FOTO

Rusiyada azərbaycanlı bayker yol qəzasında öldü - FOTO

Rusiyanın Belqorod şəhərində azərbaycanlı bayker yol qəzasının qurbanı olub.

Hurriyyet.org modern.az-a istinadən xəbər verir ki, Həmid Mahmudov hələ ötən ilin 14 oktyabrında idarə etdiyi motosiklda minik avtomobili ilə toqquşmuşdu.

Nəticədə ağır xəsarətlər alan bayker xəstəxanaya yerləşdirilsə də, bu il yanvarın 20-də orada keçinib. Mərhum Belqorod şəhər qəbirstanlığında dəfn olunub.

O, yerli bayker klubunun fəal üzvü olub.