Rusiyada güllələnərək öldürülən azərbaycanlı biznesmen dəfn edildi - FOTO

  • 2019-02-05 10:29:57
  • |
  • Ölkə /

Rusiyada güllələnərək öldürülən azərbaycanlı biznesmen dəfn edildi - FOTO

Fevralın 1-nə keçən gecə Rusiyanın Arxangelsk şəhərində güllələnərək qətlə yetirilən azərbaycanlı iş adamı, əslən Azərbaycanın Ağdaş rayonundan olan 1992-ci il təvəllüdlü Hüseynov Ruslan Arif oğlu dəfn edilib.

Hurriyyet.org publika.az-a istinadən xəbər verir ki, 27 yaşlı R.Hüseynovun cənzaəsi doğulduğu rayona gətirilib və Şordəhnə kənd məzarlığında dəfn edilib.

Bildirilir ki, azərbaycanlı iş adamı çalışdığı taxta materialları mağazasının qarşısında qətlə yetirilib. Naməlum şəxs və ya şəxslər onu mağazadan kənara çağırıb və 6 dəfə atəş açaraq ərazidən uzaqlaşıblar. R.Hüseynov aldığı beş güllə yarasından yerindəcə dünyasını dəyişib.

İş adamının hansı səbəbdən və kimlər tərəfindən qətlə yetirilməsi hələlik məlum deyil.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA