Rusiyada öldürülən azəbaycanlının qatili tutuldu - TƏFƏRRÜAT

Rusiyada öldürülən azəbaycanlının qatili tutuldu - TƏFƏRRÜAT

Rusiyanın Samara vilayətində azərbaycanlı gəncin dəhşətli ölümü haqda məlumat vermişdik.

Hurriyyet.org modern.az-a istinadən xəbər verir ki, 30 yaşlı Elmir Əhmədovu qətlə yetirmiş 26 yaşlı Aleksandr Qorşkov həbs olunub. Samara Prokurorluğu əvvəllər oğurluq maddəsi ilə məhkunluq yaşamış Qorşkovun Əhmədovu qısqanclıq zəmində qətlə yetirdiyini ehtimal edir. Belə ki, onun 2 aydır ki, birgə olduğu Yekaterina adlı qadın əvvəllər uzun müddət Elmir Əhmədovla eşq macərası yaşayıb.

Bundan xəbər tutan Aleksandr Qorşkov qızın telefonundan Elmir Əhmədova zəng edərək, onu gecə saatlarında Poxvistnevsk rayonunun Matyan qəsəbəsində görüşə çağırıb. Özünə məxsus “Qazel” markalı avtomobildə hadisə yerinə gələn azərbaycanlı gənc qısqanc rus kişinin bıçaqlı hücumuna məruz qalıb. O aldığı xəsarətlərdən yerindəcə keçinib. Bundan sonra, Qorşkov Elmir Axundovu öldürdüyünü gizlətmək üçün “Qazel”ə od vurub. Cəsədin yanması ilə cinayətdəki izinini itəcəyinə ümid edən Qorşkovun istəyi baş tutmayıb. O həbs olunub.

Elmir Əhmədovun Qarabağdan olan məcburi köçkün ailəsində böyüdüyü və 3 qardaşı ilə birlikdə 1999-cu ildən Samara vilayətində yaşadıqları məlumdur.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA