Rusiyada ölən 6 azərbaycanlının cənazəsi bu gün Azərbaycana gətiriləcək

Rusiyada ölən 6 azərbaycanlının cənazəsi bu gün Azərbaycana gətiriləcək

Martın 6-da Bakıdan Moskvaya gedən mikroavtobusun Rusiyanın Stavropol şəhərində qəzaya uğraması nəticəsində həlak olan 6 azərbaycanlının cənazəsi bu gün Azərbaycana göndəriləcək.

Hurriyyet.org xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında Stavropoldakı Azərbaycan diasporunun rəhbəri Fəxrəddin Yarıyev deyib.

Onun sözlərinə görə, artıq cənazələrin göndərilməsi ilə bağlı bütün sənədləşmə işləri başa çatmaq üzrədir: "Bu gün Moskva vaxtı ilə saat 10:00-da cənazələr ölüxanadan təhvil alınacaq. Dünyasını dəyişənlərin əksəriyyətinin yaxınları da gəliblər. Gün ərzində bütün işlər başa çatdırılacaq və cənazələr Azərbaycana yola salınacaq".

F. Yarıyev bildirib ki, hadisə nəticəsində xəsarət alan 3 azərbaycanlıdan birinin vəziyyəti ağırdır: "Digər iki azərbaycanlının vəziyyəti stabildir. Yaralılar Nevinnomısk xəstəxanasının reanimasiya şöbəsinə yerləşdiriliblər".

Xatırladaq ki, martın 6-da Bakıdan Moskvaya gedən mikroavtobusun Rusiyanın Stavropol şəhərində qəzaya uğrayıb. Hadisə nəticəsində mikroavtobusda olan Ağcabədi rayon sakinləri, 1962-ci il təvəllüdlü Namiq Tohid oğlu Əhmədov, 1969-cu il təvəllüdlü Ələmdar Niftalı oğlu Abdullayev, 1975-ci il təvəllüdlü Rəsul Ənvər oğlu Həsənov, 1983-cü il təvəllüdlü Şəmsi Tanrıverdi oğlu İsmayılov, 1984-cü il təvəllüdlü Vüsal Alı oğlu Quliyev və 1988-ci il təvəllüdlü Xəyal Hamlet oğlu Şirinov dünyasını dəyişib, 3 azərbaycanlı isə xəsarət alıblar.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA