Rusiyada polislə İŞİD-çilər arasında atışma - ÖLƏNLƏR VAR

  • 2019-04-13 12:03:55
  • |
  • Region /

Rusiyada polislə İŞİD-çilər arasında atışma - ÖLƏNLƏR VAR

Hurriyyet.org xəbər verir ki, Rusiyanın Tümen şəhərində Rusiya polisi tərəfindən İŞİD-in evlərinə əməliyyat hazırlanıb. Əməliyyat əsasında atışma baş verib.

Sibir regionundakı Tümen şəhərində Rusiya Milli Terrorla Mübarixə Komitəsi qüvvələrinin başçılığı ilə əməliyyat keçirilib. Əməliyyatda tanklar, ağır zirehli texnika və çox sayda xüsusi əməliyyatçılar və polislər iştirak ediblər. Gecə saatlarında başlayan əməliyyat zamanı İŞİD yaraqlılarının təslim olmadıqları və Rusiya polislərinə atəş açdıqları bəlli olub. Bütün şəhərdə əks-səda verən silah səsləri 2 saat yarımdan artıq davam edib. Atışma nəticəsində İŞİD yaraqlılarının zərərsizləşdirildikləri açıqlanıb. Yaraqlıların ikisi hücrə evində öldürülüb.

Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA