Rusiyada sərnişin təyyarəsini qaçıran Şapovalov “Azərbaycana uçmağı” tələb edib - SONRA FİKRİNİ DƏYİŞİB...

Rusiyada sərnişin təyyarəsini qaçıran Şapovalov “Azərbaycana uçmağı” tələb edib - SONRA FİKRİNİ DƏYİŞİB...

Ötən gün Rusiyada Surqut-Moskva reysi ilə uçan sərnişin təyyarəsini qaçıran və Əfqanıstana uçmağı tələb edən Pavel Şapovalov barəsində cinayət işi qaldırılıb. Ona qarşı hava gəmisini qaçırmaq barədə rəsmi ittiham irəli sürülüb.

Hurriyyet.org virtualaz.org-a istinadən xəbər verir ki, istintaq 41 yaşlı Şapovalovun barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün məhkəmədə vəsatət qaldıracaq.

Müstəntiqlərin bildirdiyinə görə, uçuş zamanı Şapovalov pilot kabinəsinə keçmək istəyib. O, üzərində silah olduğunu deyərək uçuş kursunun dəyişdirilməsini tələb edib. Komandir təyyarəni təcili Xantı-Manskiyskdə endirib. Baxış zamanı Şapovalovun üzərində silah və ya partlayıcı aşkar olunmayıb.

Lakin stüardessalar junalistlərlə söhbətdə deyiblər ki, Şapovalov pilot kabinəsinə keçməyə cəhd etməyib. O, stüardessalardan birinə yaxınlaşaraq üstündə silah olduğunu deyib və təyyarənin istiqamətini dəyişməyi tələb edib. Sonra yerinə keçib və yatıb. Digər sərnişinlər ümumiyyətlə baş verənlərdən xəbərsiz olublar. Şapovalovun barəsində psixoloji ekspertiza təyin olunub, onun qeyri-adekvat olduğu bildirilir. Dindirmə zamanı o, psixiatrda uçotda olduğunu deyib.

İstintaq Komitəsi Şapovalovun dindirilməsinin kadrlarını yayıb. Orada bu şəxs etiraf edir ki, “Əfqanıstana uçmaq istəyirdi”. Bəs nəyə görə təyyarəni həmin ölkəyə döndərməyi tələb etdiyi haqda suala isə belə cavab verib ki, “hər şey ilk baxışda göründüyü kimi sadə deyil”. KİV-lər isə bildirir ki, Şapovalov əvvəlcə Azərbaycana uçmağı tələb edib, daha sonra fikrini dəyişib və Əfqanıstanı seçib. O, marşrutun niyə dəyişdiyini izah etməyib.

Virtualaz.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA