Rusiyada yol qəzasında xəsarət alan daha bir azərbaycanlı xəstəxanada öldü

Rusiyada yol qəzasında xəsarət alan daha bir azərbaycanlı xəstəxanada öldü

Martın 6-da Bakıdan Moskvaya gedən mikroavtobusun Rusiyanın Stavropol şəhərində qəzaya uğraması nəticəsində xəsarət alan 3 azərbaycanlıdan biri dünyasını dəyişib.

Hurriyyet.org xəbər verir ki, bu barədə Trend-ə Stavropoldakı Azərbaycan diasporunun rəhbəri Fəxrəddin Yarıyev deyib.

Onun sözlərinə görə, hadisə nəticəsində ağır xəsarət alan azərbaycanlı, 1988-ci il təvəllüdlü Şirinov Xəyal Hamlet oğlu bu gün günorta saatlarında müalicə olunduğu xəstəxanada dünyasını dəyişib:

"Hazırda onun cənazəsinin Azərbaycana göndərilməsi istiqamətində sənədləşdirmə işləri aparılır. Cənazə sabah Azərbaycana göndəriləcək".

F.Yarıyev bildirib ki, hadisə nəticəsində xəsarət alan digər iki nəfərin isə müalicələri davam etdirilir və səhhətləri normaldır.

Xatırladaq ki, martın 6-da Bakıdan Moskvaya gedən mikroavtobus Rusiyanın Stavropol şəhərində qəzaya uğramışdı. Hadisə nəticəsində mikroavtobusda olan Ağcabədi rayon sakinləri, 1962-ci il təvəllüdlü Namiq Tohid oğlu Əhmədov, 1969-cu il təvəllüdlü Ələmdar Niftalı oğlu Abdullayev, 1975-ci il təvəllüdlü Rəsul Ənvər oğlu Həsənov, 1983-cü il təvəllüdlü Şəmsi Tanrıverdi oğlu İsmayılov, 1984-cü il təvəllüdlü Vüsal Alı oğlu Quliyev və 1988-ci il təvəllüdlü Xəyal Hamlet oğlu Şirinov dünyasını dəyişib, 3 azərbaycanlı isə xəsarət almışdı.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA