RUSİYADAN ABŞ-I QƏZƏBLƏNDİRƏCƏK CAVAB!

RUSİYADAN ABŞ-I QƏZƏBLƏNDİRƏCƏK CAVAB!

Hurriyyet.org xəbər verir ki, amerikalı müxbir “Rostek” şirkətinin baş direktoru Sergey Çemezova “Rusiyanın Türkiyəyə S-400 sistemlərinin satışı” barəsində sual verib.

Sergey Çemezov ABŞ-ın istəyəcəyi təqdirdə onlara da Rusiyanın S-400 raket sistemlərinin satıla biləcəyini deyib. “Vaşinqton Post” qəzetinin müxbiri Çemezova NATO üzvü olan Türkiyəyə S-400 sistemlərinin göndərilməsinin strateji hədəfinin nə olduğu sualının cavabında Çemezov bu açıqlamanı verib: “S-400 sistemləri hücum sistemi yox, hava hücumundan müdafiə sistemidir; amerikalıların istəyəcəyi təqdirdə bu sistemi onlara da sata bilərik. Strategiya baxımından heç bir problem yoxdur. Bundan başqa, təhlükəsizlik baxımından da Rusiya üçün bir problem görmürəm. Əksinə, ölkə öz hava sahəsinin təhlükəsizliyini təmin eləmək gücünə sahibdirsə, özünü daha da arxayın hiss edəcəkdir. Başqa bir ölkəyə hücum eləmək istəyənlər isə iki dəfə düşünüb götür-qoy eləmədilər”.

Çemezov bir çox dövlətin belə bir silaha sahib olmaq istədiyini və buna görə də tələbatın yüksək olduğunu bildirib.

Hurriyyet.org

Loading...

QALEREYA