Rusiyadan açıqlama: “Türkiyə istəsə, marslılardan da silah ala bilər!”

Rusiyadan açıqlama: “Türkiyə istəsə, marslılardan da silah ala bilər!”

Hurriyyet.org xəbər verir ki, beynəlxalq təhlükəsiz məsələləri üzrə rusiyalı ekspert İqor Nikolayçuk NATO-nun Türkiyənin Rusiyadan S-400 raketdən müdafiə sistemi almasından narahat olması barədə açıqlama verib. Nikolayçuk İttifaqla əməkdaşlığın üçüncü bir tərəfdən silah alınmasını məhdudlaşdırmadığını, NATO üzvü olan ölkənin istədiyi zaman marslılardan belə silah ala biləcəyini deyib.

İqor Nikolayçuk “Sputnik” agentliyinə müahibəsində Türkiyənin Rusiyadan silah almasının Ankaranın öz qərarı olduğunu və İttifaqın Türkiyəyə üçüncü ölkədən silah almağı qadağan eləmək hüququ olmadığını deyib.

Nikolayçuk sözünə belə davam edib: “NATO daxilindəki əməkdaşlıq, üzv ölkələrin üzv olmayan üçüncü bir tərəfdən silah alması heç vaxt nəzərdə tutulmayıb. Lakin İttifaqın koalisiya qüvvələri var və bu qüvvələrin müəyyən standartlara görə təchiz edilməsi lazımdır. Lakin üzv bir ölkənin NATO birliklərinə tamamilə daxil olmayan qüvvələri vardırsa, o zaman bu ölkə həmin qüvvələri istədikləri şəkildə silahlandıra bilər. İstəsə XIX əsrdən qalma Berdan silahları ilə, istəsə də marslılardan silah almaqla. Bu, hər bir ölkənin daxili işidir”.

Türkiyə NATO qaydalarını pozmur

Nikolayuk açıqlamalarına belə davam edib: “NATO qüvvələrinin eyni silahlardan istifadə eləməsi lazımdır. Türkiyə də bu qaydaları qətiyyən ozmur. Lakin daxili bazarda ona təklif edilən hər bir məhsulu almaq hüququ var. O da bu hüququndan istifadə edib”.

  • Hamısı
  • Loading...

    QALEREYA