Rusiyadan İŞİD açıqlaması: “XİLAFƏT ELAN EDİBLƏR”

  • 2019-03-15 18:49:25
  • |
  • Dünya /

Rusiyadan İŞİD açıqlaması: “XİLAFƏT ELAN EDİBLƏR”

Huriyyet.org xəbər verir ki, Rusiyanın Federal Təhlükəsizlik Xidməti İŞİD terror təşkilatının Əfqanıstanın şimalını xilafətin yeni mərkəzi elan elədiyini bildirib.

ABŞ prezidenti Donald Trampın ABŞ-ın lideri olduğu koalisiyanın Suriyada İŞİD-in əlindəki bütün əraziləri geri aldığı barəsindəki açıqlamasından sonra RF FTX sədrinin müavini Sergey Smirnov, İŞİD-in Əfqanıstanın şimalında yeni terror ocağı yaratdığını bildirib.

Smirnov bu açıqlamanı Şanxay Əməkdaşlığı Təşkilatının Regional Terrorla Mübarizə İdarəsinin iclasından sonra jurnalistlərə müsahibəsində verib. Smirnov Şanxay Əməkdaşlıq Təşkilatının kəşfiyyat xidmətlərinin terrorçuların 4500 nəfərlik siyahısını hazırladığını da söyləyib.

Huriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA