Rusiyadan qorunmaq üçün NATO-ya üz tutdu: “Daha çox hərbi gəmi göndərin”

  • 2019-02-23 14:21:45
  • |
  • Dünya /

Rusiyadan qorunmaq üçün NATO-ya üz tutdu: “Daha çox hərbi gəmi göndərin”

Hurriyyet.org xəbər verir ki, Ukrayna prezidenti Pyotr Poroşenko NATO-ya müraciət edərək, “Rusiyanın hücum ehtimalına qarşı” Qara dənizə hərbi gəmilər göndərmək çağırışı edib.

Poroşenko ABŞ-ın “Foks Nyus” kanalına müsahibəsində deyib: “Qara dənizə NATO gəmilərinin sayını artırmalıyıq. Krımın işğal edilməsindən sonra Qara dənizdəki güc balansı tamamilə pozulub”.

“Rusiyanın Qara dənizdəki aqressiv addımlarını davam etdirə biləcəyini söyləyən ukraynalı lider deyib: “Ukrayana gəmilərinə daha əvvəl hücum elədilər. Buna görə də NATO gəmilərinin varlığı sabitliyi təmin edəcəkdir.

Rusiyanın Krımda hərbi varlığını getdikcə gücləndirdiyini deyən Poroşenko daha sonra söyləyib: “Putin raketlərini yerləşdirmək üçün Krımdan istifadə edir. Krımda Rusiya dəniz qüvvələrinin varlığı ciddi şəkildə artırılıb. Bu vəziyyət çox byük təhlükə yaradır və bölgədə qeyri-sabitliyə səbəb olur”.

Ukrayna prezidenti Pyotr Poroşenko Rusiya prezidenti Vladimir Putinə qarşı “təhdidedici” mövqe tutmağın lazım gəldiyini söyləyərək deyib: “Əgər beynəlxalq koalisiya kifayət qədər güclü olarsa, əgər güclü sanksiyalar davam edərsə, sahib olduğumuz bütün bu təzyiq vasitələri işə yarayar, Putinlə bu şəkildə danışmaq nəticə verər”.

NATO-nun baş katibi Yens Stoltenberq, “Rusiyanın beynəlxalq normaları pozduğu" üçün NATO-nun Qara dənizdəki varlığını artırmağa hazırlaşdığını bildirmişdi.

Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA