RUSİYADAN QORXUNC AÇIQLAMA! - "Nüvə silahından istifadə edə bilərik"

  • 2019-02-21 13:23:47
  • |
  • Aktual /

RUSİYADAN QORXUNC AÇIQLAMA! - "Nüvə silahından istifadə edə bilərik"

Hurriyyet.org xəbər verir ki, Rusiyanın Raket və Artilleriya Elmləri Akademiyasının direktorunun müavini Konstantin Sivkov NATO ilə müharibə ehtimalı barəsində sualın cavabında belə deyib: “NATO ilə müharibə edəcəyimiz təqdirdə nüvə silahlarından istifadə edə bilərik”.

Əcnəbi bir ölkədə lokal münaqişə zamanı Rusiyanın hərbi kosmik qüvvələrinin öz sayına və gücünə görə NATO qüvvələrinə qarşı dura biləcəyini deyən Konstantin Sivkov, bu halda NATO-nun ən çoxu 2500 təyyarə, 1500 vertolyot və 600 drondan ibarət bir qüvvə meydana çıxara biləcəyini və ən çoxu 2500 ədəd qanadlı raket ata biləcəyini qeyd edib.

NATO aviasiyası Rusiyanın hərbi aviasiyasından sayca üstün olduğundan, uzunmüddətli qlobal münaqişə zamanı Rusiya Qərblə tammiqyaslı hava müharibəsinə davam gətirə bilməyəcəkdir. Hərbi elmlər doktoru olan Sirkovun fikrincə, bu halda Moskva üçün qalan azsaylı variantlardan biri nüvə silahından istifadə eləmək olacaqdır.

Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA