RUSİYADAN TÜRKİYƏ AÇIQLAMASI: S-400-dən sonra hərbi təyyarələr də...

  • 2019-07-17 15:19:54
  • |
  • Dünya /

RUSİYADAN TÜRKİYƏ AÇIQLAMASI: S-400-dən sonra hərbi təyyarələr də...

Hurriyyet.org xəbər verir ki, Rusiya ilə Türkiyə arasında imzalanan S-400 hava hücumundan müdafiə sistemlərinin satışı müqaviləsi çərçivəsində sistemlərin Türkiyəyə göndərilməsi davam edir.

Dünya mətbuatının bu sistemin göndərilməsindən bəhs elədiyi bir zamanda Rusiyanın baş nazirinin müdafiə sənayesi məsələləri üzrə müavini Yuri Borisov Türkiyə ilə bağlanması ehtimal edilən hərbi təyyarə müqaviləsi ilə bağlı sualı cavablandırıb.

Borisov Türkiyəyə Rusiya istehsalı olan hərbi təyyarələrin təslim edilməsini nəzərdə tutan razılaşma üçün danışıqlar aparılmasının mümkün olduğunu bildirərək deyib: “Niyə mümkün olmasın? Artıq əlimizdə bunun mümkün olduğu ilə bağlı nümunə var”.

Türkiyənin Milli Müdafiə Nazirliyi S-400 hissələrini daşıyan 13 və 14-cü hərbi yük təyyarələrinin ölkəyə gəldiyini bildirib.

Türkiyə prezidenti R.T.Ərdoğan sistemin yerləşdirilməsi ilə bağlı işlərin 2020-ci ilin aprelində tamamlanacağını bildirmişdi.

Xatırladaq ki, bir neçə ay bundan əvvəl Rusiya dövlət müdafiə sənayesi şirkəti “Rostex”in baş direktoru Sergey Çemezov da S-400 hava hücumundan müdafiə sistemlərinin sövq edilməsini bu ilin sonuna qədər tamamlamağı planlaşdırdıqlarını bildirərək demişdi: “Əgər Türkiyə Rusiyanın Su-57 hərbi təyyarəsini almaq istəyirsə, bu sahədə əməkdaşlığa hazırıq”.

Hurriyyet.org

Bütün gözler bu anlaşma ve sisteme çevrilmişken, Rusya'dan yeni bir açıklama geldi.

Rusya Başbakan Yardımcısı Yuriy Borisov Türkiye ile yapılacak olası bir 'savaş uçağı' anlaşmasını değerlendirdi.      Rusya'nın Savunma Sanayisinden Sorumlu Başbakan Yardımcısı Yuriy Borisov'a Türkiye'ye yeni hava savunma sistemleri ya da savaş uçağı teslimatı için görüşmeler yapılmasının mümkün olup olmadığı soruldu       Borisov, Türkiye'ye Rus yapımı savaş uçakları teslim edilmesini içeren bir anlaşma için görüşmeler yapılmasının olası olduğunu belirtti          Son olarak Türkiye Milli Savunma Bakanlığı, S-400 parçalarını taşıyan 13 ve 14. askeri kargo uçaklarının ülkeye iniş yaptığını açıklamıştı.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA