Rusiyalı məşhur: “Çaykovski də gey idi, amma...”

Rusiyalı məşhur: “Çaykovski də gey idi, amma...”

Rusiya Dövlət Dumasının Ailə, Qadın və Uşaqlar üzrə Komitəsinin rəhbəri Tamara Pletneva məşhur aparıcı Vladimir Poznerin proqramında "Homoseksualizm üçün cinayət təqibinin başlaması ideyasına necə baxırsınız" sualına "Homoseksuallar müalicə edilməlidir" deyə cavab verib.

Komitə rəhbəri mövzu ilə bağlı bunları deyib:

"Çaykovski də gey idi, amma onu gizlədirdi və bundan utanırdı".

T.Pletneva Poznerin "Sizcə, onlar buna görə cəzalandırılmalıdır" sualına "Nə cəzalandırmaq? Onlar xəstədir" deyə əlavə edib.

Məlumat üçün bildirək ki, dahi rus bəstəkarı 29 yaşında 15 yaşlı həmcinsinə vurulub. O, yeniyetmə həmcinsi ilə 4 il boyunca münasibətdə olub. Cütlük bu münasibəti hər nə qədər hər kəsdən gizləməyə çalışsa da, bir müddət sonra hadisənin üstü açılıb. Bundan sonra bəstəkarın 19 yaşlı şagirdi, sevgilisi gözlənilmədən intihar edib. Sevdiyi oğlanın ölümündə özünü günahkar tutan bəstəkar eyni zamanda homoseksual olduğunu həmişə gizlətməyə çalışıb.

Bəstəkarın eşq macəraları bununla bitməyib, sonrakı illərdə bir neçə dəfə yeniyetmə həmcinslərinə aşiq olub. \\Publika
Похожее изображение

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA