“Rusiyanı Şimal Qütbündə dayandırmağa hazırıq” - AMERİKALI GENERAL

  • 2019-03-06 16:36:21
  • |
  • Dünya /

“Rusiyanı Şimal Qütbündə dayandırmağa hazırıq” - AMERİKALI GENERAL

Hurriyyet.org xəbər verir ki, ABŞ-ın Avropa Qüvvələrinin (EUCOM) başçısı və NATO Müttəfiq Qüvvələrinin ali baş komandanı, general Körtis Skaparotti deyib: “Rusiyanı Şimal Qütbündə dayandırmağa hazırıq”. Silahlı Qüvvələr Komitəsinin iclasında çıxış edən Skaparrotti deyib: “Şimal dənizi marşrutundan daha sıx şəkildə istifadə edilməyə başlanıb. Buraya mənbə baxımından ticari bir maraq var. Bu da bölgə uğrunda rəqabət yaradır”.

Skaparrotti Rusiyanın müdafiə potensialını artırdığını və bölgədə bir sıra hava məkanı açdığını, inkişaf eləmiş radar sistemlərindən istifadə elədiyini və əraziyə nəzarəti artırmaq üçün müxtəlif növ müdafiə sistemlərini bölgəyə daşıdığını bildirib. ABŞ-ın da bölgə ilə bağlı planlarında dəyişiklik elədiyini bildirən Skaparrotti deyib: “Bəzi qüvvələrimizin əməliyyat meyllərini dəyişdirərək bölgənin bizim üçün mühüm olduğuna dair mesaj verdik”.

Skaparrotti bundan əvvəlki açıqlamalarında barəsində söhbət gedən regionda ABŞ-Rusiya toqquşması ehtimalının gündəmdə olmadığını bildirmişdi.

Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA