Rusiyanın Azərbaycana qarşı DÜŞMƏNÇİLİYİ DAVAM EDİR

Rusiyanın Azərbaycana qarşı DÜŞMƏNÇİLİYİ DAVAM EDİR

Qabil Hüseynli: “Ruslar yaxşı başa düşürlər ki, Xocalı soyqırmında günahları var”

Əli Əliyev: “Səfirlik bu işlə məşğul olmalıdır”

Fevralın 26-da - Xocalı faciəsinin ildönümündə ümumxalq yürüşündə Rusiyadan gələn nümayəndə heyətinin tərkibində Dövlət Dumasının beynəlxalq əlaqələr üzrə komitəsinin sədr müavini, dünya şöhrətli idmançı İrina Radnina, Dövlət Dumasının təhlükəsizlik və korrupsiya əleyhinə komitəsi sədrinin birinci müavini Dmitri Savelyev, Dövlət Duması Federal Məslisinin ailə, qadın və uşaq məsələləri üzrə komitəsinin sədr müavini Oksana Puşkina, Dövlət Dumasının dövlət əhəmiyyətli tikinti və qanunvericilik üzrə komitəsi sədrinin birinci müavini Mixail Yemelyanov və digər nümayəndələrin iştirak etməsi Rusiya hökumətinin rəsmi mövqeyi kimi təqdirəlayiq hesab oluna bilər. Lakin həmin gün Moskvada yaşayan bir qrup azərbaycanlının Xocalı faciəsinin qurbanlarının xatirəsini yad etməsinə qadağa qoyulması heç də xoşagələn deyildi. Rusiya hökuməti bir tərəfdən Xocalı faciəsinin ildönmünü qeyd etməyə nümayəndə heyəti göndərir, digər tərəfdən isə Moskada faciə qurbanlarını yad etmək istəyənlər saxlanılır. Əslində, bu, Rusiyanın üzdə bir cür, arxada başqa cür davranışının göstəricisidir. Ona görə, heç zaman Rusiyanın Azərbaycanla dostluğuna da inanmaq olmaz.

Qeyd edək ki, Xocalı faciəsinin qurbanlarının xatirəsini yad etmək məqsədilə soyaşlarımız bir neçə avtomobillə Azərbaycan bayrağı ilə Rusiya paytaxtının mərkəzi küçələrindən keçib. Son məntəqə kimi Azərbaycan səfirliyi seçilib ki, həmyerlilərimiz diplomatik təmsilçiliyin qarşısına gül dəstələri qoymaq fikrində olublar.

Lakin aksiya iştirakçılarına səfirliyə gedib çatmağa imkan verilməyib, yolda onları polis saxlayıb və bayraqları çıxarmağa məcbur edərək, iştirakçılar polis şöbəsinə aparılıb.

Məlumata görə, təxminən 50 nəfərə yaxın azərbaycanlı saxlanılıb. Onlar günün sonunda sərbəst buraxsalar da, soydaşlarımıza qarşı bu münasibət heç də “dostluğun” göstəricisi deyil.

Bu ərəfədə Rusiyanın “Sputnik” agentliyinin Bakı filialının baş redaktoru Mətin Yaşaroğlunun vəzifəsindən istefa verməsi də diqqəti çəkir. Məlumata görə, Mətin Yaşaroğlu siyasi səbəblərdən işdən istefa vermək məcburiyyətində qalıb. İddia olunur ki, "Sputnik Azərbaycan"nın Moskva bürosu Qarabağ məsələsində jurnalistin Ermənistanın mövqeyindən çıxış etməsini tələb edib. Bu tələbə cavab olaraq baş redaktor agentlikdən istefa vermək qərarı verib.

Şübhəsiz, Rusiyaya məxsus “Sputnik” agentliyində həmkarımıza olan təzyiq, Qarabağ məsələsində jurnalistdən Ermənistanın mövqeyindən çıxış etməsi tələbinin özü də yersiz bir addımdır. Rusiya Azərbaycanla müttəfiq ölkə olduğunu son vaxtlar daha çox dilə gətirdiyi halda, ona məxsus olan agentlikdə baş redaktordan milli maraqlarımıza zidd tələblər nə üçündür? Bu necə dostluq olur ki, haqlı davamızda millətimizin və döblətimizin mövqeyini müdafiə edən vətəndaşımız “haqsız” duruma düşür, məcburiyyət qarşısında qalıb istefa veməli olur?

“Azərbaycanlılara qarşı tətbiq edilən soyqırımı etiraf etməsələr də, bir məsuliyyət, utanc hissi duyurlar”

Картинки по запросу Qabil Hüseynli

Xocalı faciəsinin qurbanlarının xatirəsini yad etmək istəyən azərbaycanlıların Moskvada saxlanılması ilə bağlı keçmiş dövlət katibi, politoloq Qabil Hüseynli “Hürriyyət”ə dedi ki, bu, çox yolverilməz hərəkətdir: “Yəqin ruslar yaxşı başa düşürlər ki, Xocalı soyqırmında günahları var. Ona görə də belə hərəkətə qarşıdırlar. Azərbaycanlılara qarşı tətbiq edilən soyqırımı etiraf etməsələr də, bir məsuliyyət, utanc hissi duyurlar və orada yaşayan azərbaycanlıların bu məsələləri ictimailəşdirməsini, icitmai hərəkatla tədbirlər şəkildə qeyd etmələrini həzm edə bilmirlər. Ona görə də bu işə əngəllər yaradırlar. Amma istənilən halda bu, hüquq qaydalarının pozulmasıdır, hakimiyyət tərəfindən başqa cür düşünənlərə qarşı təzyiq siyasətidir və bu siyasət onlara heç bir uğur gətirməyəcək”.

“Azərbaycan səfirliyi həmin adamların məsuliyyətdən azad edilməsi üçün hərəkətə keçməlidir”

Keçmiş dövlət katibi vurğuladı ki, Azərbaycan səfirliyi dərhal bununla maraqlanmalı idi: “Rusiya hökumətindən izahat istəməli, gedib, həmin adamlara polis məntəqələrində baş çəkməli və onların məsuliyyətdən azad edilməsi üçün dərhal hərəkətə keçilməliydi. Səfirliyin borcu bundan ibarətdir, özü də bunu çox təcili surətdə etməli idi”.

“Ruslara diplomatik kanallarla çatdırmalıyıq ki...”

“Əlbəttə, Rusiya ilə qonşuluq siyasətinə qarşı hərəkət edə bilmərik, Rusiya bizim böyük qonşumuzdur, onunla birlikdə ikitərəfli münasibətilərin inkişafına qayğı göstərməliyik. Amma eyni zamanda ruslara diplomatik kanallarla çatdırmalıyıq ki, siz nizamlama prosesi aparan ölkə kimi bir tərəfli qaydada ermənilərin tərəflərini tutub və günahlarının üstündən keçirsiniz, amma azərbaycanlıların heç olmasa məruz qaldığı genosidi, təzyiqiləri qeyd etməyə imkan vermirsiniz. Bu, nota şəkilində də ola bilər. Rusiyanın Azərbaycandakı səfirini Xarici İşlər Nazirliyinə dəvət edib, onunla birbaşa söhbət aparmaq şəkilində ola bilər. Bir sözlə, bu məsələlələ bağlı siyasət işlənməlidir”.

“Rusiya hökumətinin rəsmi qəbul olunan münasibəti budur”

Картинки по запросу Əli Əliyev

Məsələ ilə bağlı Vətəndaş və İnkiaf Partiyasının sədri Əli Əliyev isə “Hürriyyət” dedi ki, o, bu barədə bir söz deyə bilməz: “Çünki orada tədbir qanun çərçivəsində olubmu, icazə prosedurlarına əməl olunub-olunmayıb, bununla bağlı məlumatsızam. Bilirəm ki, elə bir fakt baş verib. Amma o faktın özünün arxasında duran hüquqi tərəfi mənə bəlli deyil. İki gün əvvəl Rusiyanın böyük bir nümayəndə heyəti parlament komissiyasının sədr müavinlərindən birinin rəbhərliyi altında Xocalı faciəsini qeyd etmək üçün Bakıya gəlmişdi. Bakıda prezident onlarla görüşüb, Rusiya bu hadisədən təəssüfləndiyini bildirib, eyni zamanda “Rossiya 1” kanalı ilə Xocalı faciəsi haqqında geniş reportaj hazırlanıb. Rusiya hökumətinin rəsmi qəbul olunan münasibəti budur. Amma orada konkret hadisə ilə bağlı nə baş verdiyini deyə biləmərəm. Mənə elə gəlir ki, səfirlik bu işlə məşğul olmalıdır”.

“Ermənilərin lobbisi həm də informasiya məkanında yer alır”

“Sputnik” agentliyinin Bakı filialının baş redaktoru Mətin Yaşaroğlunun vəzifəsindən istefa verməsinə gəlincə, Əli Əliyev nəzərə çatdırdı ki, “Sputinik”in rəhbərliyində olan şəxs Marqarita Simonyandır: “O da miliyyətcə ermənidir. Yəni orada qeyri-Azərbaycan mövqeyinin olması təbii qarşılanmalıdır. Çünki ermənilərin bütövlükdə Rusiyada böyük lobbisi var, o lobbi həm də informasiya məkanında yer alır və bizim həmyerlimizə belə münasibətin olması başadüşülən olmalıdır”.

Şamo EMİN, Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA