Rusiyanın dəhşətli PLANI, ərazilər QAYTARILARSA… - GÜNÜN SİYASİ XÜLASƏSİ

Rusiyanın dəhşətli PLANI, ərazilər QAYTARILARSA… - GÜNÜN SİYASİ XÜLASƏSİ

Azərbaycan və Ermənistan xarici işlər nazirləri fevral ayında Münhen beynəlxalq təhlükəsizlik konfransında görüşə bilər. Azərbaycan və Ermənistan XİN rəhbərlərinin Paris razılaşması, ardınca Davosda Azərbaycan Prezidenti ilə erməni baş nazirin görüşü Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı yeni situasiyanın yarandığını göstərir. Ermənistanda “Daşnaksütyun” partiyası hakimiyyəti Dağlıq Qarabağda sülh nizamlanmasından imtina etməyə çağırıb. 2016-cı ildə ABŞ-da prezident seçkilərinə Rusiyanın müdaxiləsi üzrə araşdırma sürətlə tamamlanır. Rusiya hərbçiləri Türkiyənin xüsusi həssaslıq göstərdiyi Menbiç şəhərinin qərbində patrul xidmətlərinə başlayıb.

Azərbaycan və Ermənistan xarici işlər nazirləri – Elmar Məmmədyarov və Zoqrab Mnatsakanyan fevral ayında Münhen beynəlxalq təhlükəsizlik konfransında görüşə bilər. Bu haqda Mnatsakanyan bildirib.

“Heç nəyi istisna etmək olmaz. Ənənəyə görə, görüş barədə razılıq əldə olunarsa, bu barədə əvvəlcədən məlumat verəcəyik", - o bildirib.

Xatırladaq ki, nazirlər arasında son görüş yanvarın 16-da Fransanın paytaxtı Parisə görüşüb. Azərbaycan Xarici İşlər Nazirliyindən verilən açıqlamaya görə, görüşdə növbəti ayda danışıqları davam etdirməklə bağlı razılıq əldə olunub.

Azərbaycan və Ermənistan XİN rəhbərlərinin Paris razılaşması, ardınca Davosda Azərbaycan Prezidenti ilə erməni baş nazirin görüşü Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı yeni situasiyanın yarandığını göstərir. Lakin Ermənistan daxilində bu məsələ qarşıdurma mövzusuna çevrilib. Ermənistan rəhbərliyi və bu ölkənin Azərbaycanın işğal edilmiş ərazilərində yaratdığı qondarma rejim arasında “ərazilərin qaytarılması məsələsi” ilə bağlı fikir ayrılığı yaranıb.

Ermənistanda “Daşnaksütyun” partiyası hakimiyyəti Dağlıq Qarabağda sülh nizamlanmasından imtina etməyə çağırıb. Daşnakların yeni sədri Armen Rustamyan ərazilərin qaytarılmasına qarşı olduqlarını bəyan edib.

Qarabağ müharibəsində iştirak edən və böyük praktik təcrübəyə malik erməni kadr zabitləri ordudan uzaqlaşdırılır.

Rusiya hərbçiləri Türkiyənin xüsusi həssaslıq göstərdiyi Menbiç şəhərinin qərbində patrul xidmətlərinə başlayıb. “Hürriyət” qəzetinin məlumatına görə, Fərat qalxanı bölgəsi ilə sərhəddə aparılan patrul xidmətinə Əsəd qüvvələrinin də qoşulduğu bildirilir.

Rusların patrul xidməti apardığı ərazilər arasında strateji baxımdan önəmli olan M4 magistralı da var. Bu yol Əl Babdan keçməklə Hələbə qədər gedir.

İranı Suriyadan yalnız diplomatik yolla çıxara bilərsiniz. Bunu İsrail Hərbi Hava Qüvvələrinin keçmiş komandanı Amir Eşel mətbuat konfransında bildirib. Onun sözlərinə görə, bunu edə biləcək diplomatik cəhdin tək ünvanı var.

Rusiya fevral ayında baş tutacaq Fələstin probleminin həllinə dair toplantıya Həmas qruplaşmasını da dəvət edib. Bu barədə hərəkat tərəfindən yazılı açıqlama yayılıb.

Açıqlamada dəvətin Rusiya Şərq Araşdırmaları İnstitutundan gəldiyi də qeyd olunub. Hərəkat bildirib ki, Fələstinin parçalanması probleminin sona çatması üçün bu fürsət dəyərləndiriləcək.

Qeyd edək ki, Fələstinin Moskvadakı səfiri Əbdülhafiz Nofəl şənbə günü verdiyi informasiyada 11 fevral tarixində Moskvada Fələstin qruplarının iştirakı ilə toplantı keçiriləcəyini demişdi.

Toplantıda Fəth, Fələstin Xalq Qurtuluş cəbhəsi, Fələstin Demokratik Xalq Qurtuluş Cəbhəsi, Fələstin Demokratik Birliyi, Fələstin Xalq Mübarizəsi Cəbhəsi və Fələstin Milli Təşəbbüs Hərəkatı iştirak edəcək.

Rusiyaya hücumun istənilən ssenarisi halında, təcavüzkar tamamilə məhv ediləcək. Belə fikirlə “Ulduz” həftəliyində “Vətənin arsenalı” jurnalının hərbi eksperti Aleksey Leonkov çıxış edib.

2016-cı ildə ABŞ-da prezident seçkilərinə Rusiyanın müdaxiləsi üzrə araşdırma sürətlə tamamlanır. Bu haqda ABŞ-ın Baş prokuroru vəzifəsini icra edən Metyu Uitaker bildirib.

Məmurun sözlərinə görə, araşdırma tezliklə başa çatacaq. Seçkilərə Rusiya müdaxiləsi üzrə araşdırmanı xüsusi prokuror Robert Müller aparır.

ABŞ Prezidenti Donald Tramp və Koreya Xalq Demopkratik Respublikasının (KXDR) Kim Çen In fevralın sonunda Vyetnamın Dananq şəhərinə görüşəcək.Tərəflər fevralın sonunda ikinci Amerika-KXDR sammitinin keçirilməsi üzrə razılığa gəliblər.

Nəşrə bu haqda sammitə hazırlığın gedişi ilə tanış olan mənbələr bildiriblər.

Qeyd edək ki, dövlət liderlərinin birinci görüşü ötən ilin iyunda Sinqapurda keçirilib. Tərəflər Koreya yarımadasının denuklearizasiyası və qərb koalisiyası tərəfindən Pxenyana təzyiqin azaldılması barədə razılaşıblar. \\Publika.az

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA