Rusiyanın İrandakı səfirliyində PARTLAYIŞ - ÖLƏNLƏR VAR

  • 2019-07-05 14:05:00
  • |
  • Region /

Rusiyanın İrandakı səfirliyində PARTLAYIŞ - ÖLƏNLƏR VAR

Rusiyanın İrandakı səfirliyinin həyətində avtomobildə yanğın və partlayış baş verib.

Hurriyyet.org apa-ya istinadən xəbər verir ki, bu gün yerli vaxtla saat 04:38-də paytaxt Tehranda Rusiyanın bu ölkədəki səfirliyinin binası yaxınlığında betonqarışdıran yük maşını ilə minik avtomobili toqquşub.

Zərbənin gücündən yük avtomobili səfirliyin hasarına çırpılıb və aşıb. Nəticədə partlayışla müşahidə olunan yanğın baş verib.

Hadisə nəticəsində 2 nəfər ölüb, 5 nəfər xəsarət alıb.

Səfirlik əməkdaşlarından ölən və ya xəsarət alan yoxdur.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA