Rusiyanın kabusu ARALIQ DƏNİZİNƏ GƏLDİ

  • 2018-04-21 10:51:58
  • |
  • Dünya /

Rusiyanın kabusu ARALIQ DƏNİZİNƏ GƏLDİ

ABŞ-ın aviasiya zərbə qrupu “Harri Trumen” təyyarədaşıyan gəmisinin rəhbərliyi altında Aralıq dənizinə daxil olub.

Hurriyyet.org axar.az-a istinadən xəbər verir ki, bu barədə informasiyanı ABŞ Hərbi Dəniz Qüvvələri yayıb. Rəsmi Vaşinqton zərbə qrupunun Aralıq dənizinə Avropa və Afrikanın təhlükəsizliyinin təmini üçün gəldiyini bildirib. Zərbə dəstəsinin Fars körfəzinə nə vaxt gedəcəyi bildirilməyib.

Qeyd edək ki, “Harri Truman” təyyarədaşıyan gəmisinin göyərtəsində 90 təyyarə və vertolyot mövcuddur. Aviasiya zərbə qrupunun tərkibinə isə ümumilikdə 5 gəmi və 6500 hərbçi daxildir.

Loading...

QALEREYA