Rusiyanın Molla cəsarəti: “Heç bir raket bizim sahəyə girməyib”.

  • 2018-04-14 10:06:20
  • |

Rusiyanın Molla cəsarəti: “Heç bir raket bizim sahəyə girməyib”.

Məşhur bir lətifə var. Bir gün Mollanın evinə oğrular girər. Evin bütün əşyalarını toplayan oğrular daha sonra bir cızıq çəkib Mollaya bu “sərhəddi” keçməməsini əmr edərlər. Ardınca da onun gözü qabağında yoldaşını zorlarlar.

Oğrular işlərini bitirib gedəndən sonra arvad incik-incik Mollaya deyər:

-Sən necə kişisən? Gözünün önündə mənə təcavüz etdilər, sənin isə heç tükün də tərpənmədi.

Molla arvadına cavab verər:

-Sus, ay arvad. Mən də oğruların anasını ağlatdım.

Arvad:

-Necə?

-Onlar sənə təcavüz edəndə mən 3 dəfə ayağımı cızıqdan o tərəfə qoydum.

ABŞ-ın Suriyaya bu gecəki hücumu zamanı Rusiyanın da etibarı beş para oldu. Nədən ki, hücumdan qabaq Rusiya Suriyaya istənilən təcavüzün qarşısını alacağını və bu məqsədlə S-400 havadan müdafiə sistemlərini aktiv vəziyyətə gətirdiyini bildirmişdi. Pentaqonun açıqlamasından aydın olur ki, ABŞ-ın vurmağı planlaşdırdığı bütün obyektlərə zərbələr uğurla həyata keçirilib. Bu da öz növbəsində S-400-lərin nə qədər etibarlı müdafiə silahı olub-olmamasına dair şübhələr meydana gətirir.

Hərbi imicinin beş para olduğunu anlayan Rusiya isə özünü o yerə qoymaq istəmir. Rusiya Müdafiə Nazirliyinin məsələ ilə əlaqədar yaydığı açıqlama da Mollanın 3 natamam addımına bənzəyir.

Açıqlamaya görə, ABŞ və müttəfiqləri tərəfindən atılan heç bir raket Tartus və Xmeymimin də yer aldığı Rusiyanın havadan müdafiəsinə cavabdehlik daşıdığı sahəyə daxil olmayıb. Bu sahəyə girən bütün raketlər göydə zərərsizləşdirilib. Suriya rəsmiləri isə atılan 30 raketdən sadəcə 10-nu zərərsizləşdirdiklərini bildiriblər.

NATO-nun əməliyyatla bağlı açıqlamasına görə, Suriyada 3 hədəfə 100-dən artıq “Tomahawk” raketi atılıb. Bunlardan 10-u zərərsizləşdirilibsə, deməli, böyük əksəriyyəti hədəfə dəyib.

Loading...

QALEREYA