Rusiyanın XIX əsrdə dünyaya gəlmiş ən yaşlı sakini vəfat etdi – 123 YAŞINDA

  • 2019-05-11 14:25:17
  • |
  • Region /

Rusiyanın XIX əsrdə dünyaya gəlmiş ən yaşlı sakini vəfat etdi – 123 YAŞINDA

Ona üç əsrdə - XIX, XX və XXI əsrlərdə yaşamaq qismət olub

Hurriyyet.org xəbər verir ki, Rusiyanın ən yaşlı vətəndaşı hesab edilən inquşetiyalı Appaz İliyev 123 yaşında vəfat edib.

Rusiyanın tərkibindəki İnquşetiya Respublikasının prezidenti Yunus-bek Yevkurov, İnstaqram hesabında yazıb: “Rusiyanın ən yaşlı vətəndaşı olan Appaz İliev 123 yaşında dünyasını dəyişdi. İliev bir çox dövrün və nəsillərin dəyişikliyinin şahidi olub. 8 övlad sahibi olan İliyev nəvələrinin nəvələrini görə bilib”.

1896-cı il martın 1-də dünyaya gələn İliyev dünyanın ən yaşlı insanlarından biri idi.

Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA