Rusiyanın yeni raketi ABŞ-ı 5 DƏQİQƏYƏ VURA BİLƏR

  • 2019-02-21 17:41:49
  • |
  • Dünya /

Rusiyanın yeni raketi ABŞ-ı 5 DƏQİQƏYƏ VURA BİLƏR

Hurriyyet.org xəbər verir ki, dünən Rusiyanın Federasiya Şurasında Rusiya prezidenti Vladimir Putinin barəsində açıqlama verdiyi yeni, səsdən 9 dəfə sürətli hipersonik “Tsirkon” raketinin ABŞ ərazisindəki hərbi qərargah mərkəzlərini 5 dəqiqə içərisində məhv edə biləcəyi iddia edilib.

Təqaüddə olan kont-admiral Vsevolod Xmırov deyib: “Tsirkon” raketləri Rusiya hərbi gəmilərindən açılan atəşdən 5 dəqiqə sonra sahildən 500 kilometr uzaqlıqlakı hədəfləri məhv eləməyə qabildirlər. Bu zaman kəsiyi ərzində hədəfə doğru uçan raketləri aşkar eləmək mümkün olsa da, onların qarşısını almaq mümkün deyil. Belə bir hipersəs sistemi istənilən raket müdafiə sistemindən üstündür. Ondan müdafiə olmaq mümkünsüzdür”.

Onun sözlərinə görə Atlantik Okeanının qərb hissəsində və Sakit Okeanın şərq hissəsində xidmət edən Rusiya gəmiləri birdəfəyə 40 ədədə qədər supersonik “Tsirkon” raketləri ata bilərlər və onların hamısının hədəfi məhv eləməsinə mütləq təminat verilir.

Dünən V.Putin Federasiya Şurasına müraciətində bildirmişdi ki, Rusiyanın yeni “Tsirkon” hipersonik dəniz raketi 9 max (səsdən 9 dəfə sürətli) sürətə və 1000 kilometrdən artıq mənzilə malikdir. Sualtı və adi gəmilər bu silahla təchiz olunmaqdadırlar.

Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
Reklam
QALEREYA