Rusiyaya məxsus hərbi təyyarələr xəstəxananı vurdu

  • 2019-08-21 16:48:36
  • |
  • Dünya /

Rusiyaya məxsus hərbi təyyarələr xəstəxananı vurdu

Hurriyyet.org xəbər verir ki, Suriyada Əsəd rejimi ilə Rusiyaya məxsus hərbi təyyarələr İdlib Gərginliyi Azaltma Bölgəsinin sərhədində yerləşən yaşayış məntəqələrinə havadan hücumlar edib. Hücumlar nəticəsində 5 dinc sakin həlak olub, ən azı 10 nəfər mülki vətəndaş yaralanıb.

Suriyanın hökumət qüvvələri və onları dəstəkləyən qüvvələr İdlibin Maaretinuman, Serakib, Temaniyyə, Bəşiriyyə, Tuh, Tel-Mennis və Maarşimarin məntəqələrinə, Hamanın Morik rayonunun ətrafında əməliyyat aparıblar.

Rusiya hərbi təyyarələrinin hədəfə aldığı Tel Mennisdəki Rəhmət xəstəxanası işini dayandırıb.

Müxaliflərin müşahidə mərkəzi Tuh və Tel Mennisi vuran təyyarələrin Rusiyaya məxsus olduğunu bildirib.

Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA