Ruslara əsir düşən 1800 əsgəri xilas edən qəhrəman qadın: Məryəm Atmaca kimdir? - FOTOLAR

  • 2019-04-09 16:45:04
  • |
  • Tarix /

Ruslara əsir düşən 1800 əsgəri xilas edən qəhrəman qadın: Məryəm Atmaca kimdir? - FOTOLAR

Hər müharibənin özünəməxsus qəhrəmanları olur. Bu müharibələrdə qiymətli daş kimi parıldayan adsız qəhrəmanlara da rast gəlinir.

Hurriyyet.org musavat.com-a istinadla sizə tarixə adını yazdırmış qəhrəman Türk qadını Məryəm Atmaca haqqında maraqlı məlumatları təqdim edir.

Osmanlı ordusu Sarıqamışda ruslara qarşı çətin bir dirəniş göstərmişdi. Soyuq, aclıq və silah-sursat çatışmazlığına görə çoxlu sayda əsgər şəhid olmuşdu. Yerdə qalan əsgərlər isə ruslara əsir düşmüşdü.

Əsirlərə qarşı necə davranmaq lazım olduğu müharibədən əvvəl razılaşdırılsa da, ruslar buna əməl etmirdi. Əsirlərin saxlanıldığı vaqonlar murdar vəziyyətdə idi. Bu şərtlərdə yaşayan birinin xəstəliyə yoluxmaması mümkün deyildi.

Картинки по запросу meryem atmaca

Bu səbəbdən də ölüm hallarının ardı-arası kəsilmirdi. Əsirlər dayanmadan xəstəlikdən ölürdülər.

Yaralı və biraz daha sağlam əsrilər ayrı vaqonlarda saxlanılırdılar. Həmin vaqonlara isə ermənilər nəzarət edirdilər. Hər dayanacaqda qatarın vaqonlarından 15-20 əsirin cəsədi çıxarılırdı.

Sibirdə türk əsirlərinin saxlanıldığı düşərgənin də bu vaqonlardan bir fərqi yox idi. Tərk edilmiş fabrikləri düşərgəyə çevirərək, əsirləri orada saxlayırdılar. Şərtlər bir insanın yaşaya bilməsi üçün olduqca əlverişsiz idi.

Bu vəziyyət 1917-ci ildə bolşevik inqilabı başlayana qədər davam etdi. Əsir düşərgələrinə göndərilən yemək və geyimlər tamamilə dayandırıldı. Əsirləri rəsmən ölümə tərk etdilər. Əsir saxlanılan 1800 türk əsgəri ac və ölmək üzərə idilər.

Meryem Atmaca her şeyini Türk askerleri için feda etti!

Lakin onların həyatını Məryəm Atmaca adlı bir qadın xilas etdi. Bu günə qədər də onun kimliyi tam məlum olmayıb. Adsız qəhrəman kimi xatırlanan Məryəm Atmaca atasından qalan miras qızıllar ilə türk əsirləri xilas edib.

O, ruslar ilə bazarlıq edərək, əsirlərin sərbəst buraxılması qarşılığında atasından qalan 10 min miras qızılı onlara verəcəyini deyib. Tək bir qadının fədakarlığı nəticəsində 1800 əsgərin həyatı xilas olub. Lakin bu qadın etdiyi fədakarlığı heç bir zaman dilə gətirməyib.

Digər müharibə qəhrəmanlarının sırasında adı çox çəkilməyən Məryəm Atmaca zəngin bir qadın olmağı deyil, kasıb və vicdanlı həyat yaşamağı seçib. O, vəfat edən zaman Türkiyənin bir çox qəzetləri onun haqqında məqalələr dərc edib.

Qeyd edək ki, Məryəm Atmaca 1926-cı ildə vəfat edib.

Картинки по запросу Meryem Atmaça Kimdir ?

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA