Rüstəm Orucov Qran-pridə gümüş medal qazanıb

  • 2019-04-06 20:06:30
  • |
  • İdman /

Rüstəm Orucov Qran-pridə gümüş medal qazanıb

Türkiyənin Antalya şəhərində cüdo üzrə Qran-pridə ikinci günün görüşləri yekunlaşıb.

Azərbaycan millisi bu gün daha bir medala sahib olub.

Komandamızın heyətində Rüstəm Orucov fərqlənib. Belə ki, 73 kq çəki dərəcəsində mübarizə aparan Olimpiya mükafatçımız Hyunçol Kanq (Cənubi Koreya), Faye Njie (Qambiya), Dmitri Kanivets (Ukrayna) və Leçi Yediyevə (Rusiya) qalib gələrək, finala yüksəlib. Lakin Orucov həlledici döyüşdə qələbə seriyasını davam etdirə bilməyib. O, Cənubi Koreyanın digər təmsilçisi Çanqrim Ana uduzaraq, Qran-prini ikinci yerdə bitirib və gümüş medalla mükafatlandırılıb.

Orucovdan fərqli, tatamiyə çıxan digər idmançılarımız məğlubiyyətə üzülüblər.

Qeyd edək ki, turnirin ilk günündə Gültac Məmmədəliyeva (52 kq) Azərbaycan millisi hesabına bir bürünc medal yazdırıb. Yarış sabah bitəcək. \\ONA

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA