Rüşvətə görə həbsdə olan məmur: "İş alınsaydı...."

Rüşvətə görə həbsdə olan məmur: "İş alınsaydı...."

Rüşvət verməyə təhrik etmə və dələduzluqda təqsirləndirilən Vergilər Nazirliyi yanında Bakı şəhəri Kiçik Sahibkarlıqla İş Departamentinin Vergi ödəyicilərinə xidmət və uçot idarəsinin Ağa Məmmədovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Hurriyyet.org Lent.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə ittiham aktı elan edilib.

Ağa Məmmədov özünü təqsirli bilməyib.

O sərbəst ifadəsində heç kimdən rüşvət almadığını deyib: “Tanışım Elvin Manafov mənə zəng vuraraq, Türkiyə vətəndaşı Füsun Baştürkün vergi ilə bağlı problemi olduğunu və onun həllinə kömək etməyimi xahiş etdi. Sənədləri gətirdilər, baxdım. Dedim ki, bu, mühasibatlıq işidir. Mən də onları Vasif adlı mühasiblə görüşdürdüm və bu işi onun görəcəyini bildirdim”.

Təqsirləndirilən şəxs onu da qeyd edib ki, bu işdə vasitəçi olduğu üçün ona 500 manat çatmalı idi: “Elvin və Füsun xanım məni tanıyırdı. Ona görə işləri mən həll eləyirdim. Elvin mənə 500 manat verəcəkdi".

Prosesdə Füsun Baştürk dindirilib. O bildirib ki, bir müddətdir Azərbaycanda biznes fəaliyyəti ilə məşğul olur: “3 ilə yaxındır Vergilər Nazirliyindən 17 min manat alacağım var. Həmin pulu geri ala bilmirdim. Biz Ağa Məmmədovla görüşüb danışdıq. 1500 manat qarşılığında bu işi görə biləcəyini, sənədləşmə işini aparacağını dedi. Sonra Ağa bəy bir müddət yox oldu. Məcbur qalıb Vergilər Nazirliyinə məktub yazdıq. Sonra Ağa özü bizi tapdı və pulu qaytardı. O zaman da dedim ki, şikayət və tələbim yoxdur".

Məhkəmə martın 11-də davam edəcək.

İttihama görə, Vergilər Nazirliyi yanında Bakı şəhəri Kiçik Sahibkarlıqla İş Departamentinin Vergi ödəyicilərinə xidmət və uçot idarəsinin müfəttişi vəzifəsində işləmiş Məmmədov Ağa Arif oğlu əvvəlcədən tanıdığı Elvin Manafov adlı şəxsə yaxın iş adamları - “Shift Almaty” Advertising Agnecy” LLP Qazaxıstan şirkətinə və həmin şirkətin hazırda “Carlsberg Azerbaijan” adlanan “Baltika Bakı” şirkəti üçün gördüyü reklam işləri ilə bağlı həyata keçirilmiş ödəniş üzrə tutulmuş ikiqat verginin müəyyən hissəsinin geri qaytarılması, habelə “Zanobia” şirkəti üzrə kameral vergi yoxlaması üzrə hesablanmış 5.700 manat məbləğində vergi borcunun silinməsi məsələsini həll etmək imkanına malik olduğunu həmin şirkətlərin rəhbərlərinə yalandan vəd edib.

Bu zaman qeyd edilən məsələni özünün yaxın münasibətdə olduğu Vergilər Nazirliyinin səlahiyyətli vəzifəli şəxsinə hər bir şirkət üzrə pul verilməsi müqabilində həll edəcəyini bildirib.

A.Məmmədov barəsində Cinayət Məcəllənin 178.2.2 (dələduzluq, təkrar törədildikdə) və 32.4, 312.2-ci (vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət verməyə təhrik etmə) maddələri ilə ittiham elan olunub və məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA