“S-400-dən sonra S-500-ə keçəcəyik” - ƏRDOĞAN

  • 2019-03-07 11:22:05
  • |
  • Region /

 “S-400-dən sonra S-500-ə keçəcəyik” - ƏRDOĞAN

Hurriyyet.org xəbər verir ki, prezident R.T.Ərdoğan dünənki jurnalistlərə müsahibəsində deyib: “S-400 məsələsini başa çatdırdıq, bu işdə geri dönüşümüz əsla ola bilməz. Artıq danışmağımızın mənası yoxdur. Həm Putin, həm də Rusiya ilə razılaşdıq, ortaq istehsala başlayacağıq. Bəlkə S-400-dən sonra S-500-ə keçdik”.

Türkiyənin Rusiya ilə S-400 sövdələşməsinə qarşı ABŞ-ın və NATO-nun etirazları ilə bağlı belə deyib: “Bizə belə bir əxlaqsızlıq yaraşmaz, bu əxlaqi deyil. Biz bir müqavilə bağlamışıqsa, arxasında durarıq. Heç kim bizim tüpürdüyümüzü yalamağımızı gözləməsin. Bizə bu gün bunları deyənlər Yunanistan və Slovakyanın S-300 sistemləri yerləşdirməsi ilə bağlı niyə səslərini çıxarmırlar? Ola bilsin ki, Rusiya ilə ortaq S-500 istehsal elədik. Sən aldığın hər bir məhsulu bizdən soruşaraq alırsanmı? Xeyr. Biz də müstəqil bir Türkiyəyik və hər sahədə addımlarımızı atırıq. Rusiya ilə də addımlarımızı atdıq. Müqavilələr imzalandı. İlk partiyanı iyul ayında alacağıq”.

Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA