S-400-lər harada yerləşdiriləcək? - HULUSİ AKAR AÇIQLADI

  • 2019-04-16 13:14:15
  • |
  • Region /

S-400-lər harada yerləşdiriləcək? - HULUSİ AKAR AÇIQLADI

Hurriyyet.org xəbər verir ki, Türkiyənin müdafiə naziri Hulusi Akar Rusiyadan alınacaq S-400 hava hücumundan müdafiə sistemləri ilə bağlı açıqlama verərək deyib: “S-400-lərin vəzifəsi Ankara və İstanbulun müdafiəsi olacaqdır”.

Akar jurnalistlərə müsahibəsində Türkiyənin bu gün ciddi bir hava hücumu və raket zərbəsi təhdidi ilə üzbəüz qaldığını və bu təhdidə qarşı həll yolu axtarıldığını, nəticəsə Rusiya ilə müqavilə imzalandığını bildirib.

Rusiyadan S-400 hava hücumundan müdafiə sisteminin alınması ilə ABŞ-dan F-35 hərbi təyyarələrinin alınması məsələlərinin bir-biri ilə əlaqələndirilməsinin düzgün olmadığını bildirən Hülusi Akar, F-35 təyyarələrinin təhvil veriləcəyi təqdirdə Malatya rayonundakı bazada yerləşdiriləcəyini bildirib.

Akar deyib: “Hava müdafiə sistemlərinin mənzilləri vardır. Məsələ, üstünlük məsələsidir. 1-dən 81-ə qədər rayonları sıraladıqda 1-ci yerdə Ankara ilə İstanbul duracaq. Bunlardan başqa, bir sənaye bölgəsi də seçilə bilər.

Akar S-400 sistemlərinin Suriyanın şimalında terror dəhlizi yaratmaqda olan YPG terrorçularının təhdidinə qarşı duracağını da bildirib.

Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA