“S-400-lər yeni dünya quruluşunu bildirməkdədir” - PERİNÇEK

  • 2019-07-12 18:14:15
  • |
  • Region /

“S-400-lər yeni dünya quruluşunu bildirməkdədir” - PERİNÇEK

Hurriyyet.org xəbər verir ki, Türkiyədə fəaliyyət göstərən Vətən partiyasının sədri Doğu Perinçek S-400 hava hücumundan müdafiə sistemlərinin hissələrinin Ankaraya çatdırılması ilə bağlı yazılı açıqlama verib.

“S-400-lərin gəlişini salamlayırıq” ifadəsini işlədən Perinçek yazıb: “Türkiyə Atlantikin təzyiqlərinə boyun əyməyəcəyini bir daha göstərdi. Türkiyə Atatürk inqilabını tamamlayacağı Avrasiya iqliminə yerləşməkdədir. S-400 bu prosesin müdafiə silahıdır. S-400-lər yeni dünyanın quruluşunu bildirməkdədir”.

Türkiyənin Şərqi Aralıq dənizində tək qalmayacağını bildirən Perinçek Suriya ilə dostluq və əməkdaşlığın qaçılmaz olduğunu vurğulayaraq yazıb: “S-400-lərin gəlişi o zaman əsas mənasını qazanacaqdır. Yeni dünyanın quruluşunda Türkiyə lider mövqedə olacaqdır”.

Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA